İqtisadi inkişafın əsas hədəfi - sosial rifah

 

 

Təkcə son 5 ildə ölkə üzrə əməkhaqqı fondu 2,7, ünvanlı sosial yardımın aylıq məbləği 3 dəfə artıb

 

 

 

Hər bir ölkənin iqtisadi inkişafı əhalisinin rifahı, vətəndaşının firavanlığı ilə ölçülür. Bu mənada Prezident İlham Əliyevin həyata keçirdiyi milli inkişaf strategiyası, reallaşdırdığı islahatlar Azərbaycanın qüdrətli iqtisadiyyata orduya, dünya birliyində mötəbər mövqeyə sahib olması ilə yanaşı, həm güvənli sosial siyasətə malik bir ölkəyə çevrilməsi ilə nəticələnib.

Faktlara müraciət edək: son 5 il ərzində həyata keçirilən çoxmiqyaslı çoxşaxəli sosial islahat proqramları sayəsində Azərbaycanda orta aylıq əməkhaqqı 80 faizədək, median əməkhaqqı 2,2, əməkhaqqı fondu isə 2,7 dəfə artıb. Azərbaycan dövlətinin siyasətində məşğulluq ana xətdir. Məşğulluq təmin edilmədən ölkə iqtisadiyyatı inkişaf edə, əhalinin rifahı təmin oluna bilməz. Dövlət başçısı tərəfindən həyata keçirilən islahatlara, müxtəlif tədbirlərə, qəbul edilən proqramlara nəzər saldıqda bütün tədbirlərin əhalinin rifahına, onun həyat şəraitinin daha da yaxşılaşmasına, o cümlədən məşğulluğun genişləndirilməsinə yönəldiyini görürük. Məlumdur ki, ünvanlı sosial yardım aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Son beş ildə ünvanlı sosial yardımın aylıq məbləği 3 dəfə artıb. Ümumilikdə ötən 20 ildə isə hər ailəyə düşən orta aylıq məbləğdə 11 dəfə artım olub.

2018-ci ildə yenidən Prezident seçilən İlham Əliyev andiçmə mərasimində demişdir: "Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar". Bu sözlər dövlət başçısının sosial islahatlarla bağlı verdiyi qanun sərəncamların ana xəttini təşkil etməklə yanaşı, həm gələcək proqramların, layihələrin anonsu idi.  Hər il həm əməkhaqlarında, həm sosial təminatın növləri üzrə ödənişlərdə artımlar müşahidə olunması isə həmin anonsların reallaşmasıdır.

Dövlət başçısının  sosial sahəyə olan diqqət qayğısı onu deməyə əsas verir ki, ölkəmizin son 20 ildə qazandığı iqtisadi uğurların nəticəsi əhalinin güzəranının yaxşılaşmasında özünü göstərir. Yenə faktlara nəzər salaq: son 20 ildə sosial müdafiə sosial təminat xərclərində 20, minimum əməkhaqqında 38, minimum pensiyada 14, orta aylıq əməkhaqqında 12, orta aylıq pensiyada 18, yaşa görə orta aylıq pensiyada 19, pensiya üzrə ödənilən illik vəsaitdə 30 dəfədən çox artım olub. Hər ilin əvvəlində pensiyaların fərdi hesablardakı pensiya kapitallarının indeksləşdirilərək artırılması da diqqətçəkən məqamlardandır. Hazırda yaşa görə orta aylıq pensiyanın məbləği (467 manat) pensiyaçılar üçün yaşayış minimumundan (199 manat) 2,3 dəfə çoxdur. Xalis minimum aylıq əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbəti isə 2003-cü ildəki 11,7 faizdən 2018-ci ildə 26,5, bu ilin əvvəlində isə 41,1 faizə çatıb. 2018-2023-cü illərdə orta aylıq pensiya 208 manatdan 437, yaşa görə orta aylıq pensiya 234 manatdan 467 manata, orta aylıq əməkhaqqı 545 manatdan 921 manata çatıb. Median əməkhaqqında 2,2, əməkhaqqı fondunda 2,7, sosial müavinət təqaüd ödənişlərində 5 dəfə artıma nail olunub. Ehtiyac meyarı 130 manatdan 246, yaşayış minimumu 173 manatdan 246 manata çatdırılıb.

Ölkəmizdə əlillərə, sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olan uşaqlara diqqət dəstəyin artırılması sosial ədalətin təcəssümüdür. Məsələn, 12 reabilitasiya sosial xidmət müəssisəsinin əsaslı təmir yenidənqurmadan sonra istifadəyə verilməsini, Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin açılmasını sosial ədalətin təzahürü kimi dəyərləndirmək olar. Bu ilin 11 ayında 78 min 900 nəfər əlilə reabilitasiya xidmətləri göstərilib, 9 min 700 şəxsə 80 min 800 reabilitasiya vasitəsi verilib. Qarşıdakı dövrdə reabilitasiya mərkəzləri şəbəkəsi Azərbaycanın bir çox ərazilərini əhatə edəcək. Quba, Ağcabədi, Kəlbəcər, Şamaxı rayonlarında belə mərkəzlərin açılması nəzərdə tutulub.

Əhalinin ən həssas təbəqəsi şəhid ailələri, qazilərdir. Son islahat paketində bu insanlara verilən təqaüd müavinətlərin artımı önə çəkilib. Şəhid ailələrinin, qazilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara ev tikmək üçün torpaq sahəsinin fərdi mənzillərin verilməsi üçün dövlət başçısının tapşırığı ilə çox mühüm addımlar atılır. Prezidentin  göstərişi ilə şəhid ailələri müharibə iştirakçıları ilə bağlı sosial dəstək proqramı hazırlanıb. Proqram çərçivəsində qeyd olunan kateqoriyadan olan 126 min şəxs sosial dəstək yönümlü 322 min xidmətlə təmin edilib.

2007-ci ilin əvvəlindən şəhid ailələri, 2008-ci ilin sentyabrından isə müharibə ilə əlaqədar əlilliyi olan şəxslər Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər. Həmin təqaüdlərin məbləği ötən dövrdə şəhid ailələri üçün 6 dəfə artırılaraq 100 manatdan 600, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər üçün 5,6 dəfə artırılaraq 90 manatdan 500, orqanizmin funksiyalarının 61- 80 faiz pozulmasına görə (II dərəcə) əlilliyi olan şəxslər üçün 5,7 dəfə artırılaraq 70 manatdan 400, orqanizmin funksiyalarının 31- 60 faiz pozulmasına görə (III dərəcə) əlilliyi olanlar üçün 6,6 dəfə artırılaraq 50 manatdan 330 manata çatdırılıb.

Bundan əlavə, postmüharibə dövründə şəhid ailələri müharibə iştirakçılarından ibarət 104 min nəfərə 117 min sosial ödəniş təyinatı həyata keçirilib, 11 min nəfərə 54,5 min sosial-psixoloji dəstək reabilitasiya xidməti göstərilib. 453 hərbçi 472 yüksəktexnologiyalı son nəsil protezlə, 21,9 min şəxs birdəfəlik ödəmə ilə təmin olunub. 20 min 500 nəfərin məşğulluğunun təminatı həyata keçirilməklə, onlardan 10 min 300 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub. Şəhid ailələri qazilərə ünvanlanan müavinət təqaüdlər orta hesabla 2 dəfə artıb. Onlara Vətən müharibəsindən sonra 5 min 800, ümumilikdə, 14 min 600 mənzil verilib. Həmçinin qazilər müharibədən sonra 424, ümumən ötən dövrdə 7 min 600 avtomobillə təmin olunublar.

Böyük uayıdış proqramının icrası uğurla davam edir.  Artıq Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux kəndlərinin, Laçın Füzuli şəhərlərinin sakinlərinin bir qismi öz doğma yurdlarına köçüblər. Sakinlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı təmin edildikcə diqqət mərkəzində saxlanılan vacib məsələlərdən biri həmin ərazilərdə məşğulluğun təmin edilməsidir. Bir müddətdir ki,  Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu Şükürbəyli, Qubadlının Mahruzlu Zilanlı, Ağdərənin Talış Suqovuşan, Ağdamın Xıdırlı, Kəngərli Sarıcalı kəndlərinin sakinləri üçün peşə hazırlığı kurslarının təşkilinə başlanılıb. Kurslarda həmin ərazilərdə məskunlaşan işsizlər sənət öyrənəcəklər. Bu bölgələrdə ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlb edilməsi planlaşdırılır.

Sosial sahədə durmadan  aparılan yeniliklər burada xidmətlərin şəffaf, operativ əlçatan şəkildə təşkil olunmasına istiqamətlənib. Qarabağ  Regional DOST Mərkəzində Ambulator Reabilitasiya Mərkəzinin açılması ən son yenilikdir. Ümumilikdə müasirləşən sosial infrastruktur əlilliyi olan və  bənzər kateqoriyaya məxsus insanların bərpa prosesinin sürətləndirilməsinə xidmət edir.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2023.- 30 dekabr (№287).- S.13.