“The Guardian”: Azərbaycan
və Ermənistan sülh sazişi imzalamağa yaxındır
Nüfuzlu “The Guardian” nəşrində
Azərbaycanla bağlı
məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi
Patrik Vinturun, ilk növbədə, Azərbaycan
Prezidenti İlham Əliyevin
və Ermənistanın
baş naziri Nikol Paşinyanın bu günlərdə Sankt-Peterburqda görüşdüklərini
xatırladıb. Qeyd edilib ki, Azərbaycanın
rəsmi şəxsləri
ölkənin çoxillik
münaqişəyə son qoymaq üçün Ermənistanla sülh sazişinin imzalanmasına
yaxın olduğunu bəyan ediblər. O, Azərbaycanın antiterror tədbirləri
nəticəsində Qarabağ
bölgəsi üzərində
nəzarəti tam bərpa
etdiyini bildirib.
Vurğulanıb ki, iki ölkə münasibətləri
normallaşdırmaq və
sərhədləri qarşılıqlı
tanımaqla sülh sazişinin imzalanması barədə danışıqları
sürətləndirib.
Oxucuların diqqətinə
çatdırılıb ki, bu yaxınlarda hər iki tərəf
xoş məram nümayiş etdirərək
saxlanılan şəxsləri
dəyişdirib. Eyni zamanda, tərəflər vasitəçi olmadan birgə bəyanatla çıxış ediblər.
Məqalədə bildirilib
ki, dekabrın 26-da Azərbaycan
Prezidenti İlham Əliyev
Sankt-Peterburqda Paşinyanla
görüşüb.
Tərəflər artıq
sülh sazişi üzrə potensial və nisbətən qısahəcmli bir neçə layihəni mübadilə ediblər. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar
üzrə nümayəndəsi
Elçin Əmirbəyov
deyib ki, ölkə hazırda sonuncu sülh sazişi layihəsində göstərdiyi
təkliflərə Ermənistanın
cavabını gözləyir.
“Anlamaq
vacibdir ki, danışıqların
belə bir həlledici mərhələsində
biz göründüyü kimi,
yekun sazişin imzalanmasından elə də uzaq deyilik,
bu halda bizə nəticəyə
gətirib çıxaracaq
səylər gərəkdir.
Mən bilirəm ki, üç onillik ərzində davam edən və heç bir ciddi nəticələr verməyən danışıqlardan
sonra tərəflərin
hər birində müəyyən yorğunluq,
üstəlik, hər
hansı həqiqi nəticələr olmadan tərəflərin bir-biri
ilə görüşlərinin
hələ nə qədər davam edəcəyi ilə bağlı yaranmış
məyusluq var”, - deyə
o qeyd edib.
Müəllif qeyd edir ki, E.Əmirbəyovun sözlərinə görə,
sülh sazişi layihəsinin beş prinsipi aşağıdakı
maddələri ehtiva edir: bir-birinin ərazi bütövlüyünə,
suverenliyinə və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına qarşılıqlı
hörmət, indi və gələcəkdə
bir-birilərinə qarşı
hər hansı ərazi iddialarını və ziddiyyət təşkil edən hər hansı aktları, gücdən istifadə və ya güc tətbiq
etmək hədəsi
kimi BMT nizamnaməsinə
zidd olan hər hansı hərəkətləri rədd
etmək, eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin
delimitasiyası, iki ölkə arasında kommunikasiyaların və əlaqələrin qurulması.
Sərhədlərin demarkasiyası
məsələsi çətin
olduğundan daha sonrakı mərhələdə
də həll edilə bilər.
Azərbaycan, həmçinin
bu sazişin müəyyən mənada
mübahisələrin həlli
mexanizmini də nəzərdə tutmasını
istəyir. “Biz, həmçinin
yarana biləcək bütün mümkün anlaşılmazlıqları və
fərqlilikləri yoluna
qoya biləcək ikitərəfli komissiyanın
yaradılmasını ehtiva
edən maddənin sülh sazişində öz əksini tapacağı müqaviləyə
nail olmağa üstünlük
veririk”, - deyə nəşr E.Əmirbəyovun
sözlərindən sitat
gətirir.
Müəllif, eyni zamanda, Naxçıvan məsələsinə də
toxunur, 2020-ci ilin noyabrında imzalanmış
Bəyanatda Paşinyanın
Ermənistan ərazisindən
keçməklə Azərbaycanın
əsas hissəsini Naxçıvanla birləşdirən
nəqliyyat kommunikasiyalarının
açılmasına razılıq
verdiyini bildirib.
“Biz bundan artıq vaxt itirə bilmərik. Üç il ərzində Ermənistan
hətta 42 kilometrlik yolun texniki-iqtisadi əsaslandırılmasına başlamayıb.
Əlbəttə, biz Ermənistanı
üzərinə öhdəlik
kimi götürdüyü
işi görməyə
vadar edə bilmərik, üstəlik,
bu layihəni zorla da olsa həyata
keçirmək üçün
həmin ölkənin
ərazisinə müdaxilə
edəcəyimizi güman
etmək də çox mənasızdır.
Buna görə də,
biz İrandan keçməklə
avtomobil və dəmir yolu xəttinin inşası üçün Tehrana müraciət etdik”, - deyə xüsusi tapşırıqlar üzrə
nümayəndə qeyd
edib.
Azərbaycan.-2023.- 30 dekabr,
¹ 287.- S.2.