Sarayevoda
“Heydər Əliyev İli” çərçivəsində
fotosərgi açılıb
AZƏRTAC-ın təşəbbüsü
ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın
Bosniya və Herseqovinadakı səfirliyində
təşkil olunan sərginin açılışında
bu ölkədə yaşayan, çalışan
və təhsil alan soydaşlarımız,
eləcə də səfirliyin əməkdaşları
iştirak ediblər.
Əvvəlcə səfirlikdə
Heydər Əliyevin büstü önünə
əklil qoyulub, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Ölkəmizin Bosniya
və Herseqovinadakı
səfiri Vilayət Quliyev müasir müstəqil Azərbaycanın
memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik
tariximizdəki müstəsna
rolundan danışıb.
O, bu il dahi şəxsiyyətin
100 illik yubileyinin qeyd olunduğunu, 2023-cü
ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini bildirib. Diplomat bu çərçivədə
Bosniya və Herseqovina mətbuatında
Ulu Öndərlə bağlı silsilə məqalələrin dərc
olunduğunu, səfirlikdə
Heydər Əliyevin büstünün açıldığını,
Heydər Əliyev haqqında boşnak dilində kitabın nəşr edildiyini xatırladıb.
Vilayət Quliyev
AZƏRTAC-ın təşəbbüsü
ilə müxtəlif
ölkələrdə Ümummilli
Liderin 100 illik yubileyi münasibətilə
sərgilərin keçirildiyini
qeyd edib. Diplomat AZƏRTAC-ın son illərdə informasiya mühitinin yaradılmasında çox
mühüm rol oynadığını, agentliyin
müxtəlif dillərdə
yaydığı xəbərlərin
ölkəmizin dünya
miqyasında tanınmasına
töhfəsini verdiyini
vurğulayıb.
Səfir qeyd edib ki, bu
sərginin təşkili
də AZƏRTAC-ın
yaratdığı informasiya
ab-havasının daha
bir təzahürüdür.
Bildirilib ki, sərgidə nümayiş
olunan şəkillər
Ulu Öndərin keçdiyi böyük həyat yolunun müxtəlif mərhələlərini
əks etdirir, fenomenal şəxsiyyətin
ölkəmizin tərəqqisi
və rifahı naminə gördüyü
işlərin miqyasını
göstərir.
Ulu Öndərin həyat yolunu əks etdirən sərgidə AZƏRTAC-ın fotoxronikasında saxlanılan və Heydər Əliyevin həyatının müxtəlif dövrlərinə aid, dahi şəxsiyyətin həm Azərbaycana birinci rəhbərliyi dövründə, həm müstəqil Azərbaycanın Prezidenti kimi ölkədaxili, həm də müxtəlif xarici səfərlər zamanı çəkilmiş fotoşəkilləri nümayiş olunub.
Azərbaycan.-2023.- 20 dekabr (№278).- S.7.