100 yaşlı "Zaqatala"

 

 

Bir əsrlik tarixə malik "Zaqatala" zaman-zaman nəinki adını daşıdığı rayonun, bütöv bölgənin, respublikanın, hətta dünyanın ictimai-siyasi, iqtisadi, mədəni, sosial həyatına dair maraqlı yazıların, müxtəlif problemlərin qaldırıldığı qəzetdir. Bu mətbuat orqanın tərəqqisində redaksiyada çalışan jurnalistlər - Əli Süleymanov, Sevil Sadıqova, Zenfira Nəsibova, İbrahim İbrahimli, Elmira Mehdiyeva, Məhəmməd Şabanoğlu, Abdulla Əfəndi, Allahyar Atayev, Xalis Xudiyev, Ramazan İmamoğlu, Əli Dibrayevin başqalarının böyük əməyi, xidmətləri var. 

Bugünkü "Zaqatala" qəzeti 1923-cü ildən çıxır. Ovaxtkı  adı da o dövrə uyğun olub - "Zaqatala kəndçisi". Rəsmi məlumata görə, həmin vaxt Azərbaycanda ana dilində çıxan 23 qəzetdən biri idi. Yayım coğrafiyası isə üç rayonu - Zaqatala, Balakən Qaxı əhatə edirdi. Bu minvalla düz 8 il regionun ilk yeganə mətbuatı kimi fəaliyyət göstərdi.

Ötən əsrin iyirminci illərində bölgələrdə qəzet nəşr etmək çox çətin sayılırdı. Əvvəla, ixtisaslı kadrlar yox idi, ikinci, 2 səhifədən ibarət əski əlifba ilə basılan nəşri hərf-hərf yığmaq, əllə çap etmək lazım gəlirdi. İlk redaktoru Zəkəriyyə Balaxlinski olsa da, qəzetin ərsəyə gəlməsində 1920-1930-cu illərdə Zaqatala qəza inqilab komitələrində birinci şəxs sayılan Xəlil Ağamirovun (O, əvvəllər "Kaspi"də mürəttib işlədiyindən qəzet işini yaxşı bilirdi) xidmətləri danılmazdır. Qəzet 1923-1962-ci illərdə "Kolxozun səsi", "Kolxoza doğru", "Bolşevik kolxozu uğrunda", 1962-1991-ci illərdə "Qırmızı bayraq", son 32 ildə isə indiki adı ilə oxucuların görüşünə gəlir.

1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin jurnalist kadrların hazırlanmasına böyük diqqəti sayəsində bu sahədə gənc, istedadlı perspektivli mütəxəssislərlə zənginləşdi. Respublika rəhbərliyi tərəfindən qəzetin fəaliyyətinə daim yüksək qiymət verildi, əməkdaşlar fəxri adlara mükafatlara layiq görüldülər. Amma sonrakı illərdə qəzetin fəaliyyətini davam etdirmək, mətbu sözün təsirini saxlamaq heç həmişə asan olmadı. Elə vaxtlar oldu ki, maliyyə sıxıntısı üzündən nəşrin dayanması təhlükəsi yarandı. Lakin jurnalist peşəsinə sadiq qalanlar sonadək mübarizə aparmaqla qəzeti yaşatmağı bacardılar.

"Zaqatala" ömür yolundakı ən ağır dönəmlərdən birini doxsanıncı illərin əvvəllərində yaşadı. Məhz həmin vaxt onu enişli-yoxuşlu yollarla bu günümüzə çatdıran qəzetin redaktoru, təcrübəli jurnalist, Əməkdar mədəniyyət işçisi İbrahim Bəxtiyaroğlu ilə söhbətləşirik: "Bugünkü "Zaqatala" qəzeti bir zamanlar bolşevik kommunist ideologiyasının təbliği məqsədilə söz meydanına gəldi, ömrünün xeyli hissəsini bu işə həsr etdi. Amma heç vaxt ona etimad, etibar edənlərin inamını qırmadı, daim onlarla birgə oldu. Saralmış köhnə qəzet səhifələrini vərəqlədikcə ötən illər bir kino lenti kimi gözümüzün önündən keçir. Minlərlə zaqatalalının, habelə qonşu Balakən Qax rayonlarının sadə insanlarının şəkilləri, barələrində söz açılan yazılar əbədi ünvan kimi qalmaqdadır. 2011-ci ildə qəzetimizin 8000-ci yubiley sayı, 2013-də 90 illiyi təntənə ilə qeyd olundu. Azad mediaya şərait yaratdığına, əsl söz adamları önündə geniş imkanlar açdığına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq".

Qəzetin redaktor müavini, Əməkdar mədəniyyət işçisi Elmira Mehdiyeva da söhbətə qoşulur: "44 günlük Vətən müharibəsi zamanı bütün nömrələrimizi insanlarda qələbə əzmi, zəfər əhvali-ruhiyyəsi təşviq edən yazılara həsr etdik. Şəhidlərə, qazilərə həsr olunan "Qarabağın fatehləri", "Tarix yazan oğullar" kitablarımız nəşr olundu. "Heydər Əliyev İli"ndə Ümummilli Liderimizin ibrətamiz ömür yolundan bəhs edən məqalələrə geniş yer verdik. Qarşıdan ilk dəfə ölkəmizin bütün ərazilərində keçiriləcək Zəfər seçkiləri gəlir. İnanırıq ki, bu məsul dövrdə dövlətimizin başçısının biz qələm adamları qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirə biləcəyik".

 

Qurban MƏMMƏDOV

Azərbaycan.-2023.- 30 dekabr (№287).- S.15.