Yeni reallıqların doğurduğu zərurət

 

 

Azərbaycanın ictimai-siyasi həyatında növbəti tarixi hadisənin astanasındayıq. 2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Budəfəki seçkiləri digərlərindən fərqləndirməyimiz tarixi hadisə kimi səciyyələndirməyimiz üçün bir sıra müstəsna şərtlər var. Bu növbədənkənar prezident seçkiləri Azərbaycanın yeni tarixində yeni dönəmin başlanğıcı olacaq. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.

Ərazi bütövlüyünü suverenliyini tam qəti bərpa etmiş Azərbaycan Respublikası yeni siyasi dönəmə daxil olub mövcud reallıqların fonunda seçkilərin keçirilməsi güclü qüdrətli ölkə olaraq dövlətimizin yeni tarixi dönəmə qədəm qoyduğunu təsbit edir.

Dünya təcrübəsinə nəzər salsaq, növbədənkənar prezident seçkilərinin keçirilməsi kimi praktika, demək olar ki, bütün ölkələrin ictimai-siyasi həyatında təsadüf olunur.

Bəs Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi hansı zərurətdən doğur? Əlbəttə, bunun əsasları var.

Prezident İlham Əliyev xalq arasında güclü nüfuz sahibidir. 20 illik hakimiyyəti dövründə Azərbaycanın mövqeyini həm daxildə, həm xaricdə gücləndirən fəaliyyəti ilə xalqın etimadını inamını qazanan siyasi liderin yenidən növbədənkənar seçkilər keçirilməsi barədə sərəncamını labüd edən səbəblər hazırda ən çox müzakirə olunan mövzudur.

Prezident İlham Əliyevin ali dövlətçilik görəvində ən ali məqsədi hər bir Azərbaycan vətəndaşının Prezidenti olmaqdır. Öz siyasi hakimiyyətini məhz xalq, dövlət vətəndaş maraqları kontekstində formalaşdıran Prezident İlham Əliyev ötən dövr ərzində xalq qarşısında açıqladığı hədəfləri, üzərinə götürdüyü öhdəlikləri tam şəkildə gerçəkləşdirib. Ən əsası, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması, Qarabağın separatist cilovundan azad olunması kimi mürəkkəb, hətta bəziləri tərəfindən həlli mümkünsüz görünən problemlər həll olunub. Yeni dövr yeni tələblər şərtlər formalaşdırıb ki, məhz bu dönəmdə Azərbaycan üçün hazırkı inkişaf strategiyasına uyğun olaraq yeni hədəflərin müəyyənləşdirilməsinə zərurət yaranıb.

Regionda tam müstəqil bir ölkənin olmasını Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün seçkilər əlavə imkanlar yaradacaq, siyasi sistemi daha da gücləndirəcək. Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncamı bu baxımdan strateji əhəmiyyət kəsb edir yeni reallıqların doğurduğu zərurət kimi dəyərləndirilməlidir.

Bütün sivil cəmiyyətlər öz maraqları, baxışları tutduqları ideoloji xəttə görə müxtəlif siyasi cərəyanlara bölünür qruplaşır. Cəmiyyətdə siyasi fikir düşüncə azadlığının olması fundamental insan haqlarının tərkib hissəsidir. Məhz rəngarəng siyasi palitranın mövcudluğu cəmiyyətin sağlam fikir uğrunda mübarizəsini şərtləndirir, müxtəlif ideologiyaların çəkişməsində yetkin ictimai mövqenin güclənməsinə güclü siyasi sistemin formalaşmasına gətirib çıxarır.

Siyasi partiyaların seçki prosesinin bütün mərhələlərində aktiv iştirakının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətidir. Azərbaycanın seçki qanunvericiliyi kifayət qədər mükəmməldir, "Siyasi partiyalar haqqında" yeni qəbul olunmuş qanun isə ölkənin siyasi sisteminin sağlamlaşdırılması effektivliyinin artırılması üçün lazımi hüquqi baza formalaşdırıb.

Azərbaycanın siyasi sistemi bu seçkilərin keçirilməsinə tam hazır vəziyyətdədir. Seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Beləliklə , seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkanlar yaradılıb.

Seçkilər ölkənin siyasi sisteminin gücünü, eyni zamanda bu sistemdə mövcud olan qüvvələr balansının müəyyənləşdirilməsi üçün əsas meyardır. Potensialı olan bütün siyasi qüvvələr, partiyalar üçün bu seçkilər əlverişli fürsətdir. Seçki Məcəlləsinə əsasən, bütün namizədlər bərabər hüquqa malikdirlər bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Mövcud rəqabət mühitində sivil prinsiplərə söykənən seçki mədəniyyətini göstərməklə iştirakçılığını təmin etmək öz siyasi gücünə inanan hər bir ictimai-siyasi partiya ya hərəkatın öz məsuliyyəti olacaq.

Seçkilərdə iştirak həm "Siyasi partiyalar haqqında" qanunun tələbidir. Bütün qanuni tələblərə, demokratik dəyərlərə dünya təcrübəsinə əsaslanan formada keçirilməsi planlaşdırılan seçkiləri qərəzli ritorikalarla şərh etmək, bu yolla ictimaiyyəti çaşdırmaq yanlış istiqamətə yönləndirmək cəhdləri çirkin siyasi sifarişlərin yerinə yetirilməsi kimi anlaşılmalıdır.

Azərbaycan dövlətinin yeni müstəqillik tarixində 1991-ci ildən təşəkkül tapmış seçki ənənəsi inkişaf edərək ildən-ilə daha da təkmilləşib seçki mədəniyyətini formalaşdırıb. 2024-cü il növbədənkənar prezident seçkiləri xalqımızın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycan dövlətinin yeni respublika epoxasına daxil olması kimi mühüm tarixi prosesə start verəcək.

 

Sevil MİKAYILOVA,

Milli Məclisin deputatı

Azərbaycan.-2023.- 16 dekabr, № 275.- S.7.çş