GEYK təşkilatı Ermənistanın ətraf
mühitə vurduğu zərər barədə
açıqlama yayıb
Yaşıl Ətraf Mühit üzrə Koreya Gənclər Təşkilatı (GEYK) Azərbaycan tərəfindən Ermənistana qarşı Bern Konvensiyası çərçivəsində qaldırılmış dövlətlərarası arbitraj proseduruna dair açıqlama verib.
AZƏRTAC xəbər verir ki, “Kimdir günahkar, Azərbaycan Ermənistana qarşı” başlıqlı açıqlamada ərazilərinin 30 illik işğalı dövründə sözügedən məkanda ətraf mühitə vurulmuş zərərə görə Azərbaycan tərəfindən Ermənistana qarşı qaldırılmış prosedurun bu qəbildən ilk dövlətlərarası arbitraj proseduru olduğu bildirilir. Prosedurun sonunda Azərbaycanın qalib gələcəyi təqdirdə bunun bio-müxtəlifliyə və ətraf mühitə dəymiş zərərin iqtisadi dəyərinin hesablanması ilə bağlı presedent rolunu oynayacağı barədə məlumat verilir. Açıqlamada, həmçinin Azərbaycan ərazilərində metal yataqlarının qanunsuz istismarına dair Ermənistana qarşı iddianın da sözügedən prosedura əlavə olunacağı diqqətə çatdırılır.
Qeyd edək
ki, 2014-cü ildə yaradılmış
GEYK qeyri-kommersiya xarakterli
könüllü gənclər təşkilatıdır.
Təşkilatın məqsədlərinə mövcud iqlim
böhranına gənclər səviyyəsində
reaksiyanın verilməsi, karbonsuz enerjiyə
keçidin dayanıqlı həyat tərzinə
çevrilməsi, iqlim ədalətinin bərpa
edilməsi, hazırkı iqlim
böhranının sonrakı nəsillərə
ötürülməməsi kimi məsələlərin
təşviqi daxildir.
Azərbaycan.- 2023.-1 fevral.- S.4.