Tarif (qiymət)
Şurasının iclası
keçirilib
Tarif (qiymət) Şurasının
yanvarın 31-də keçirilən
növbəti iclasında
daşıyıcı şirkətlərin
müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri
üzrə yeni tariflər təsdiq edilib.
Şuradan AZƏRTAC-a bildirilib
ki, müraciətlərdə
sonuncu tənzimləmədən
ötən müddətdə
ehtiyat hissələrinin
idxal qiymətinin və təmir xərclərinin artmasının
sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin
maliyyə vəziyyəti,
avtobus parklarının
yenilənməsi və
xidmətin davamlılığının
təmin edilməsi ilə bağlı məsələlərin tarif
tənzimlənməsinə zərurət yaratdığı
bildirilir. Məlumat üçün qeyd edək ki, şəhərdaxili, şəhərətrafı və
qəsəbələrarası, həmçinin şəhərlərarası
avtobus marşrutlarında
sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma
xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında
qüvvəyə minib.
Tarif (qiymət) Şurasının
iclasında təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən
keçirilib, dövlətin
sosial siyasətinə
uyğun olaraq, sosialyönümlülük nəzərə
alınmaqla ən
optimal variant seçilib. Təkliflərin dəyərləndirilməsi zamanı
xidmətin dayanıqlılığının
təmin olunması, istehlakçı ilə xidmət göstərənin
maraqlarının uzlaşdırılması,
iqtisadi əlverişlilik,
müştəri məmnuniyyəti,
xidmət səviyyəsinin
yaxşılaşdırılması kimi amillər əsas götürülüb.
Aparılan müzakirələrdən
sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi
1 gediş üçün
40 qəpik, ölkə
üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus
marşrutlarında 40 qəpik,
şəhərətrafı və qəsəbələrarası
avtobus marşrutları
üzrə məsafədən
asılı olaraq
0,40-1,00 manat təsdiq
edilib. Şəhərlərarası
avtobus marşrutlarında
isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində
müəyyən olunub
(əvvəlki tarif 2,4 qəpik).
Tarif dəyişikliyi nəticəsində
yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə
imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və
dayanıqlılığına müsbət təsir göstərəcək.
İclasda, həmçinin sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə
tariflərin diferensiallaşdırılmasının,
gediş sayına və vaxt limitinə
görə fərqlənən
çoxpilləli tariflərin
tətbiqinin, gediş
haqqının nağdsız
qaydada ödənilməsini
təmin edən zəruri işlərin qısa müddətdə
başa çatdırılmasının
zəruriliyi vurğulanıb.
İclasda yeni dövlət qeydiyyatına
alınan 48 dərman vasitəsinin qiyməti təsdiq və etibarlı təchizatın
təmin olunması məqsədilə Səhiyyə
Nazirliyindən müvafiq
rəy alınmış
31 dərman vasitəsinin
qiymətində Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış
dərman vasitələrinin
qiymətlərinin tənzimlənməsi
və həmin qiymətlərə nəzarətin
həyata keçirilməsi
Qaydası”nın 7.1-ci bəndinə
və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının
2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin
qiymətlərinin hesablanması
üsullarına dair Təlimat”ın 4.1-ci bəndinə
uyğun olaraq dəyişikliklər edilib.
Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması,
miqdarı, istehsal ölkəsi nəzərə
alınmaqla, qiyməti
təsdiq edilmiş dərman vasitələrinin
sayı 13 690 təşkil
edir və onların tam siyahısı
Tarif (qiymət) Şurasının rəsmi
internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri”
bölməsində
(http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlar 2023-cü il 3 fevral tarixindən qüvvəyə
minir.
Azərbaycan.- 2023.- 1 fevral.- S.5.