"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 208, ¹ 12, maddə 1019; 2007, ¹ 12, maddə 1194; 2008, ¹ 4, maddə 254, ¹ 6, maddə 464, ¹ 7, maddə 602, ¹ 8, maddələr 699, 710; 2009, ¹ 6, maddələr 395, 399, ¹ 11, maddələr 877, 879; 2010, ¹ 7, maddə 579; 2011, ¹ 4, maddə 267, ¹ 6, maddə 465, ¹ 7, maddə 597, ¹ 12, maddə 1109; 2012, ¹ 11, maddələr 1037, 1044; 2013, ¹ 3, maddə 223, ¹ 5, maddə 485, ¹ 6, maddələr 608, 614; 2015, ¹ 5, maddə 494; 2017, ¹ 5, maddə 676, ¹ 7, maddə 1289, ¹ 10, maddə 1776, ¹ 12 (I kitab), maddə 2193; 2018, ¹ 5, maddə 865, ¹ 12 (I kitab), maddə 2504; 2019, ¹ 2, maddə 205, ¹ 3, maddə 380, ¹ 5, maddələr 805, 808, ¹ 8, maddələr 1374, 1382, ¹ 11, maddə 1691, ¹ 12, maddə 1891; 2020, ¹ 7, maddə 829, ¹ 12 (I kitab), maddə 1451; 2021, ¹ 7, maddə 709, ¹ 8, maddələr 893, 899, ¹ 12, maddə 1332; 2022, ¹ 6, maddə 583, ¹ 8, maddə 829; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli və 9 dekabr tarixli 679-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 8.3-cü maddədə "sağlamlıq imkanları məhdud" sözləri "əlilliyi müəyyən edilmiş" sözləri ilə əvəz edilsin.

2. 25-ci maddədə "məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur" sözləri "bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir" sözləri ilə əvəz edilsin.

3. 31.2-ci maddənin birinciikinci cümlələrində "siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən" sözləri "bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə" sözləri ilə əvəz edilsin.

4. 31.2-1 və 34.2-ci maddələrdə "31.2-ci maddəsində göstərilən" sözləri "5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş" sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2022-ci il

 

Azərbaycan.- 2023.-2 fevral.- S.4.