Terrorçu rejimin sonu yaxınlaşır
İran həmişə islami dəyərlərə
zərbə vurmuşdur
İranla Ermənistan müttəfiqdirlər, dostdurlar, qardaşdırlar. Mahiyyət etibarilə bir-birilərinə ruh əkizləri qədər bənzərlikləri var. Bəzən adama elə gəlir ki, İranla Ermənistan bir mərkəzdən idarə olunur. Hər iki dövlət birmənalı olaraq terroru dəstəkləyir. Hər iki dövlət din pərdəsi ilə maskalanaraq iyrənc niyyətlərini həyata keçirir. Ermənistanda hazırlanan məkrli planların ideya müəllifləri erməni katalikosları, keşişlər - Eçmiədzindir. Terroru həyata keçirən təşkilat isə əsasən ASALA-dır.
ASALA-nın erməni kilsəsi ilə bağlılığını inkar etmək mümkün olmadığı kimi, bugünkü Ermənistan dövləti ilə bağlılığını isbat etmək o qədər də asan məsələ deyil. İran bu sahədə dostu, müttəfiqi, qardaşı Ermənistandan xeyli qabağa gedib. Beynəlxalq hesabatlarda İranın adı birbaşa terroru maliyyələşdirən dövlət kimi keçir. Terroru isə əsasən SEPAH-ın, İran İslam İnqilabının Keşikçiləri Korpusunun həyata keçirdiyi qeyd edilir. Xatırladaq ki, 1979-cu ildə "İslamçıların" hakimiyyətə gəlişindən sonra İranın ali dini liderinə birbaşa tabe olan İran İslam İnqliabı Keşikçiləri Korpusu yaradılır. Bu hərbi birləşmənin müxtəlif qoşun növlərində 350 min üzvü olduğu göstərilir. ABŞ Dövlət Departamenti tərəfindən 2019-cu ildə tərtib edilən "Terrorla bağlı Ölkələr Hesabatı"nda (Country Reports on Terrorism) bütöv bir fəsil İrana həsr edilib. Hesabatda göstərilir ki, İranın dövlət strukturlarının yönləndirməsi ilə dünyanın 5 qitəsində, 20-dən çox ölkəsində sui-qəsdlər və ya terror aktları təşkil olunub. Beynəlxalq hesabatlardan da göründüyü kimi, SEPAH-ın fəaliyyət coğrafiyası olduqca genişdir. İran İslam İnqilabi Keşikçiləri Korpusuna daxil olan "Qüds qüvvələri"nin xarici ölkələrdə destablizasiya və qlobal terror kampaniyası apardığı vurğulanır. Son illərdə həmin təşkilatın Almaniya, Bosniya, Bolqarıstan, Keniya, Bəhreyn, Səudiyyə Ərəbistanı və Türkiyədə törətdiyi terror aktlarının üstü açılıb və ya bu cəhdlərin qarşısı alınıb. Afinada, Vyanada, Parisdə, Berlində terror aktları törədib, rejimin əleyhdarlarını oğurlayaraq qətlə yetirib.
ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən 48 səhifəlik hesabatda göstərilir ki, İran hər il Suriyada, Yəməndə və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün 16 milyard dollar vəsait xərcləyir. Həmin hesabatda İranın hər il SEPAH-a yaxınlığı ilə tanınan "Hizbullah" üçün illik 700 milyon dollar, Suriyada Əsəd rejiminə 4,7 milyard dollar, Yəməndə husilərə 100 milyon dollar, İraqda "Şiə keşikçiləri" adlı təşkilata 100 milyon dollar ödədiyi bildirilir.
İran terrorçularının əsas hədəfi əsasən səfirliklər olub. İndiyə kimi dünyanın bir sıra ölkələrində yerləşən diplomatik korpuslarda törədilən terror aktlarında İranın adı keçir. Xüsusilə ABŞ-nin müsəlman dövlətlərində olan elçiliklərində törədilən terror hadisələrində İranın adı daha çox hallanır. Molla rejimi öz ölkəsində olan bütün diplomatik korpusun nümayəndələrini özünün potensial girovu hesab edir. Ortada olan faktlar sübut edir ki, İranın maraqlarına uyğun olmayan istənilən dövlətin diplomatlarının təhlükəsizliyinə bu ölkədə təminat yoxdur. Necə ki aylarladır İranın "ruhaniləri", yüksəkrütbəli zabitləri ölkəmizi açıq təhdid etməkdən çəkinmirdilər. Nəticə də göz qabağındadır. Məncə, əlavə şərhə ehtiyac yoxdur. Yanvarın 27-də İrandakı səfirliyimizin binasında İran xüsusi xidmət orqanları tərəfindən hazırlanan xain terror hücumu baş verdi. Dini rejim məsuliyyətdən yayınmaq məqsədilə terror hadisəsini məişət zəminində baş vermiş hadisə kimi qiymətləndirməyə hələ də cəhd edir. Müşahidə kameralarına düşən videogörüntülərdən göründüyü kimi, "arvadını səfirlikdə axtaran" terrorçu çox sakit, səbirlə, sərbəst hərəkət edir. Hətta o, tək də deyil. Terror hadisəsindən az əvvəl səfirliyin önündə "Molotov kokteyl"indən də istifadə edilir. Tehran polisi isə hər hansı təhlükəsizlik tədbiri görməyə tələsmir.
Xatırladaq ki, 2022-ci ilin avqust ayının əvvəllərində Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi də bir qrup radikal dini dəstənin hücumuna məruz qalmışdı. Səfirlik binasına daxil olan həmin şəxslər bəzi əşyaları yararsız hala salıb, binanın üzərində olan Azərbaycanın üçrəngli bayrağını endirmişdilər. Göründüyü kimi, hansı daşı qaldırırsan altından İranın barmağı çıxır. Səfirliyimizə basqın edən həmin radikal dini qruplaşmada İranın maliyyələşdirdiyi terrorçu təşkilatla öz yaxınlığı ilə seçilir.
İranın ölkəmizə olan düşmənçilik münasibəti zatən hər kəsə bəllidi. Uşaqdan-böyüyə hamı bilir ki, bu ölkənin xüsusi xidmət orqanları İrana səfər edən azərbaycanlılarla "fərdi söhbət"lər aparır, onlardan "informator" kimi istifadə edib özünün burada geniş casus şəbəkəsini yaradır. Çox təəssüfedici faktdır ki, İrana səfər edən vətəndaşlarımızdan İran Xüsusi Xidmət Orqanlarının toruna düşənlər də var. Ən pisi də budur ki, vaxtaşırı olaraq DTX tərəfindən deşifrə olunan İranın "dostlarının" yeri boş qalmır, ETTELAT əməkdaşlığa yeni-yeni soydaşlarımızı cəlb edə bilir. Mətbuatda gedən informasiyanın dəqiqliyinə inansaq, indiyə kimi İran Xüsusi Xidmət Orqanları ilə əməkdaşlıq edən 3500 Azərbaycan vətəndaşının deşifrə olduğunu qeyd edə bilərik.
Vətəndaşlarımız olduqca diqqətli olmalıdırlar. İranın ölkəmizə qarşı düşmənçilik etməsi tam çılpaqlığı ilə ortadadır. Bu ölkə Ermənistanla müttəfiqdir. Birinci Qarabağ müharibəsi zamanı İran hərbçilərinin, SEPAH əsgərlərinin Qarabağda ermənilər tərəfindən döyüşməsi barədə ortalıqda kifayət qədər fakt var. 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə İranın Ermənistana "pilotsuz uçuş aparatları", tank əleyhinə raketlər, hərbi mütəxəssislər ötürməsi barədə məlumatlar açıqlanıb. İran generallarının ölkəmizi hədəfə almaları, təhdid etmələri artıq gündəlik normaya çevrilib. İran Xüsusi Xidmət Orqanları əməkdaşlığa cəlb etdiyi casuslardan topladığı məlumatları birbaşa Ermənistana ötürür.
Birinci Qarabağ müharibəsi zamanı da, sonrakı dövrlərdə, eləcə də 44 günlük zəfər müharibəsi zamanı İranın Ermənistana verdiyi hərbi məlumatlar günahsız insanların şəhid olmalarına səbəb olub.
İranın Azərbaycanla düşmənçiliyinin kökündə duran əsas səbəb Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizin çoxluq təşkil etməsidir. Dünyanın harasında yaşamasından asılı olmayaraq, Müstəqil Azərbaycan Dövlətini azərbaycanlılar öz vətəni bilir. Molla rejimi doğru düşünür ki, vaxt gələcək xalq ayağa qalxıb birləşmək arzusunu reallaşdıracaqdır.
Molla rejimi azərbaycanlılara qarşı,
dövlətimizə qarşı kininin,
nifrətinin əsas səbəbini ört-basdır etmək üçün İsrail-Azərbaycan dostluğu faktorunu şişirdir. Və əslində, səfirliyimizdə
törədilən terror aktının bir səbəbi də Azərbaycanın
İsraildə səfirlik açmasıdır. Molla rejimi zənn edir ki, Azərbaycana
terrorla təsir edə bilər. Yanılırlar!
İran illərdir soydaşlarımızı,
qan qardaşlarımızı
əsarətdə saxlayır.
Orada məhdud sayda yaşayan ermənilərin
öz dillərində
məktəbləri, dərslikləri
var, amma 40 milyon azərbaycanlının
öz dilində hələ də məktəbi yoxdur. İranın
səfirliyimizdə törətdiyi
terror aktı, 40 milyon
azərbaycanlı soydaşımızla
hesablaşmamağın, onları
heçə saymağın,
milli hissləri ilə oynamağın təzahürdür.
Özünü islam dövləti adlandıran
İran nəinki islami dəyərlərə əməl
edir, hətta insanlığa
yaraşmayan hərəkətlər
etməkdən belə
çəkinmir. İranda
zəlzələdən zərərçəkmiş
soydaşlarımıza olan
ayrı-seçkilik, azyaşlı
uşaqların bu soyuq havada çəkdiyi
əzablara, aclığa,
iztiraba biganə münasibət molla rejiminin illərdir
azərbaycanlılara olan
nifrətinin ifadəsidir.
Bu qanlı
hadisəni törətməklə
İranın məqsədi
cənublu soydaşlarımıza
mesaj vermək, onların gözünü
qorxutmaq niyyəti güdürdü. Orxan Əsgərova atılan
güllə Cənubi
Azərbaycanda yaşayan
40 milyonluq soydaşımızın
azadlıq arzusuna atılan güllə idi. İnanırıq ki, soydaşlarımız
molla rejiminə layiq olduğu cavabı verəcəklər.
Onsuz da çürüməkdə
olan rejim ömrünü başa vurmaq üzrədir.
Elşən QƏNİYEV
Azərbaycan.- 2023.- 2 fevral.- S.13.