UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə
silahlı hücumu pisləyib
UNESCO rəhbərliyi Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş silahlı hücumu pisləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə UNESCO rəhbərliyinin Azərbaycanın təşkilat yanındakı Daimi nümayəndəliyinə ünvanlandığı rəsmi məktubda bildirilib.
UNESCO-nun Baş direktorunun adından göndərilən məktubda Azərbaycan hökumətinə və xalqına rəğbət ifadə olunaraq başsağlığı ifadə edilib. Həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verilib və xəsarət alanların tezliklə sağalması dilənilib.
BMT-nin
Azərbaycanın və onun
xalqının yanında olduğu bildirilib, diplomatik nümayəndəliklərə
qarşı bu cür
hərəkətlərin beynəlxalq hüquqa
əsasən qəti şəkildə qadağan
olunduğu vurğulanıb. Məktubda, həmçinin
qeyd edilib ki, indiki çətin vəziyyətdə
Azərbaycan UNESCO Katibliyinin dəstəyinə
tam əmin ola bilər.
Azərbaycan.- 2023.- 2 fevral.- S.13.