Azərbaycanı öz yolundan döndərmək mümkün
deyil
Ölkəmizin inkişafı, güclənməsi, qlobal məsələlərdəki rolu və Vətən müharibəsi bunun ən bariz nümunələridir
Gənclərin, qeyri-hökumət təşkilatlarının, könüllülərin iştirakı ilə Xankəndi yolunda 47 gündür keçirilən etiraz aksiyası bir daha xalqımızın öz milli haqqı uğrunda mübarizəsinin təcəssümünə çevrildi. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizdəki separatçılar tərəfindən təbii sərvətlərimizin talan edilməsinə etirazla başlayan bu aksiya Vətən müharibəsində zəfər qazanmış xalqımızın əzmini, həmrəyliyini və qətiyyətini bir daha dünyaya nümayiş etdirir.
Bir vaxtlar işğala
dəstək verənlər indi yenidən
əl-ayağa düşüblər
Bu aksiya eyni zamanda Qərbdə bəzi dövlətlər və təşkilatlar tərəfindən hələ də Azərbaycana qarşı qərəzli münasibətin və ikili standartların davam etdirildiyini göstərir. Onlar əsl həqiqətin nədən ibarət olduqlarını bildikləri halda, sadəcə, yenidən öz riyakarlıqlarını göstərdilər. Avropa Parlamenti kimi siyasi mərkəzlər isə bir daha təsdiq etdilər ki, erməni lobbisinin əlində alətə çevrilmiş bir vasitədirlər. Azərbaycanın bir dövlət kimi bu gün böyük uğurlar qazanması, Cənubi Qafqazın liderinə çevrilməsi, müstəqil siyasət yürütməsi, qlobal məsələlərdə söz sahibi kimi çıxış etməsi onlar üçün sanki qorxulu bir yuxudur.
Əslində, Ermənistanın 30 ilə yaxın davam edən işğalı dövründə də bu siyasi mərkəzlərin demək olar ki, hamısı indiki kimi riyakarlıqlarını davam etdirmiş, açıq və dolayı şəkildə erməni məkrinə, torpaqlarımızın qəsb olunmasına dəstək vermişdilər. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etsə də, müxtəlif vaxtlarda Avropa Şurası və digər təşkilatlar tərəfindən Azərbaycan torpaqlarının işğalını pisləyən sənədlər qəbul olunsa da, onların heç biri Ermənistandan təcavüzə son qoymağı tələb etməmişdi. Bu siyasi mərkəzlər 1975-ci ildə imzaladıqları Helsinki Yekun Aktının sülh və təhlükəsizliyin qorunmasına xidmət edən 10 fundamental prinsipini elə özləri kobudcasına tapdaladılar.
Bir vaxtlar Azərbaycan torpaqlarının işğalını görməzdən gələnlər indi birdən-birə Qarabağdakı ermənilərdən "narahat" olmağa başlayıblar. 30 ilə yaxın müddət ərzində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün barədə bir kəlmə danışmayanlar indi bir ovuc erməniyə görə hay-həşir salırlar.
Amma iş orasındadır ki,
iddia etdikləri humanitar
fəlakətlə bağlı bir fakt, bir nümunə belə
ortaya qoya bilmirlər.
Çünki bu aksiya dinc xarakterlidir,
humanitar problem yaratmağa
xidmət etmir. Yanvarın 23-də ABŞ dövlət
katibi Antoni Blinkenlə telefon söhbəti zamanı Prezident İlham Əliyev Laçın-Xankəndi
yolunda hər hansı blokadanın olmadığını qeyd
edərək, 2022-ci il
12 dekabr tarixdən etibarən 980-nə yaxın
nəqliyyat vasitəsinin
bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq,
onların 850-dən çoxunun
Rusiya sülhməramlılarına,
120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib. Eyni zamanda Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə
Ermənistana aparılmasının
təmin edildiyini vurğulayıb.
Bütün bunlar göstərir ki, Laçın yolu Azərbaycan tərəfindən bağlanılmayıb.
Qətiyyətli siyasətin
nəticəsi
Əvvəldə qeyd etdiyimiz kimi, 30 ilə yaxın işğal dövründə bir sıra Qərb siyasi mərkəzləri qərəzli və riyakar mövqe ortaya qoydular. Ən yaxşı halda
"problem sülh yolu
ilə həllini tapmalıdır", "problem beynəlxalq hüquq norma və
prinsipləri çərçivəsində
həll olunmalıdır"
kimi növbətçi
ifadələrdən istifadə
etdilər. Bununla belə, söylədiklərinin
reallığa çevrilməsi
üçün bir mexanizm də təklif edə bilmədilər.
Həmin illər ərzində Azərbaycana təzyiqlər
də olurdu. Fransa kimi siyasi mərkəzlərin
fikrincə, zaman ötdükcə Azərbaycan
vəziyyətlə barışacaq.
Amma yanılırdılar. Xalqımız əmin idi ki,
Ulu Öndər Heydər Əliyevlə başlanan, Prezident İlham Əliyevlə davam edən inkişaf siyasəti nəticəsində dövlətimiz
qarşıya qoyulmuş
bütün hədəflərə
inamla çatdığı
kimi, yeganə ağrılı problemimiz
olan işğal altındakı topaqlarımızı
da azad edəcək.
Bu inamı və
əminliyi artıran ən böyük faktor əlbəttə ki, Prezident İlham
Əliyevin qətiyyətli
və milli maraqlara söykənən
siyasəti, tarixi torpaqlarımızda ikinci erməni dövlətinin qurulmasına heç vaxt imkan verilməyəcəyini
daim bəyan etməsi idi.
Prezident İlham Əliyevin həyata keçirdiyi kompleks inkişaf kursu və qətiyyətli
siyasəti torpaqlarımızın
azad ediləcəyi günü sürətlə
yaxınlaşdırdı. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın
azad edilməsi üçün tarixi şəraitin formalaşmasını
təmin etdi, ərazi bütövlüyümüzün
bərpa olunmasının
konturlarını cızdı.
İlham
Əliyevin yürütdüyü
qətiyyətli siyasət
30 ilə yaxın torpaqlarımızı işğalda
saxlayan Ermənistanı
döyüş meydanında
cəzalandıraraq ərazi
bütövlüyümüzü təmin etdi.
Riyakarlıqlar Azərbaycanın
qarşısını ala bilməyəcək
Azərbaycan öz torpaqlarını beynəlxalq ədalətsizliklər,
ölkəmizə qarşı
olan ikili standartlar, Ermənistanın
işğal siyasətinin
dəstəkləndiyi bir
şəraitdə azad
etdi. İlham Əliyev işğalçını
dünya erməniliyinin,
himayədarlarının gözü
qarşısında cəzalandırdı
və dövlətimizin
milli haqqını qətiyyətlə təmin
etdi. Bu qələbə,
torpaqlarımızın azad
olunması bütün
dünyada qəbul edildi. Reallıqla barışa bilməyən
Fransanın qanunverici orqanlarının Azərbaycanla
bağlı qətnamələrinin
mənasızlığını isə ermənilər də gözəl anlayırlar.
Bu gün
isə eyni qətiyyətlə Qarabağ
və Şərqi Zəngəzur yenidən qurulur. Prezident İlham Əliyevin
yüksəliş siyasəti
işğaldan azad olunmuş torpaqlarımızı
yenidən həyata qaytarır. Bu siyasət
30 ilə yaxın məcburi köçkün
vəziyyətində yaşamış
vətəndaşlarımızın öz doğma evlərinə qayıdışını
təmin edir və 2023-cü il
bu istiqamətdə növbəti uğurlu mərhələ olacaq.
Bütün bunların fonunda Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri
ərazilərimizdəki erməni
separatçılığına da son qoyacağı dəqiqdir. Dünya erməniliyinin, Ermənistanın
təəssübkeşlərinin heç bir məkri və riyakarlığı Azərbaycanı
öz yolundan dayandıra və ya döndərə bilməyəcək. Ölkəmizin inkişafı, güclənməsi,
qlobal məsələlərdəki
rolu və 2020-ci ilin 44 günlük Vətən müharibəsi
artıq bunu təsdiq edib.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2023.- 2 fevral.- S.14.