Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 563; 2004, ¹ 7, maddə 505; 2007, ¹ 5, maddə 442; 2009, ¹ 10, maddə 768; 2010, ¹ 5, maddə 374; 2011, ¹ 4, maddə 262, ¹ 12, maddə 1091; 2015, ¹ 11, maddə 1251; 2016, ¹ 12, maddə 1991; 2017, ¹ 6, maddə 1018; 2018, ¹ 3, maddə 380, ¹ 4, maddə 634; 2019, ¹ 11, maddə 1689; 2021, ¹ 5, maddə 429, ¹ 7, maddə 701; 2022, ¹ 4, maddə 292, ¹ 7, maddə 696) aşağıdakı dəyişikliklər edilsin:
1.
1-ci maddənin birinci
hissəsi üzrə:
1.1. on səkkizinci
abzas aşağıdakı
redaksiyada verilsin:
"qoşulma
xidmətinə görə
ödəniş - tikinti
obyektlərinin qazpaylayıcı
şəbəkəyə qoşulmasına
(fiziki və ya texnoloji) görə
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) müəyyən etdiyi məbləğ;";
1.2. iyirmi
dördüncü abzasın
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
iyirmi beşinci - iyirmi yeddinci abzaslar əlavə edilsin:
"texnoloji
qoşulma - qaz paylayıcısı ilə
bağlanılmış qoşulma
müqaviləsinə və
verilmiş texniki şərtlərə uyğun
olaraq, tikinti obyektindən qazpaylayıcı
şəbəkənin qoşulma
nöqtəsinədək qaz
xətlərinin tikintisinə
(çəkilməsinə) və ya əlavə
qaz həcmi alınmasına dair layihənin hazırlanması
və tikinti-quraşdırma
işlərinin görülməsi,
tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə
fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən xidmət;
fiziki qoşulma
- sifarişçinin qaz
qurğularına qazın
verilməsi üçün
çəkilmiş qaz
xəttinin qaz paylayıcısının təyin
etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi;
mövcud qazpaylayıcı
şəbəkə - ərazi
planlaşdırılması sənədləri təsdiq
edilmiş ərazilərdə
təzyiqi 0,3 Mpa-dək
olan, həmçinin tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi)
torpaq sahəsinin sərhədindən (girişindən)
qazpaylayıcı şəbəkəyə
qoşulma nöqtəsinədək
düz xətt üzrə 100 metr təşkil edən məsafədə yerləşən
şəbəkə.".
2. 4-cü maddənin
2-ci hissəsindən "qaz
ekspertləri və ya" sözləri çıxarılsın.
3. 8-ci maddənin 1-ci hissəsinə
"məişət qaz
qurğularının" sözlərindən
əvvəl "bu Qanunun 4-cü maddəsinin
2-ci hissəsi nəzərə
alınmaqla" sözləri
əlavə edilsin.
4.
13-cü maddə üzrə:
4.1. 3-cü hissənin
ikinci cümləsi aşağıdakı redaksiyada
verilsin:
"Tikinti obyektlərinin qazpaylayıcı
şəbəkəyə qoşulması
və ya əlavə qaz həcmi alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.";
4.2. 4-cü hissənin
birinci abzası aşağıdakı redaksiyada
verilsin:
"Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflər:";
4.3. 6-cı hissənin
birinci abzasında
"dayandıra bilər"
sözləri "dayandırır"
sözü ilə əvəz edilsin;
4.4. 12-ci hissə
üzrə:
4.4.1. birinci
cümlədə "aparılmamış"
sözü "sənədləri
təsdiq edilməyən"
sözləri ilə əvəz edilsin;
4.4.2. ikinci
cümlə aşağıdakı
redaksiyada verilsin:
"Ərazi planlaşdırılması sənədləri
təsdiq edilməyən
ərazilərdə tikinti
obyektlərinin qazpaylayıcı
şəbəkəyə fiziki
qoşulmasına görə
qaz qurğusunun istifadəçiləri qaz
paylayıcısına müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə
qoşulma xidmətinə
görə ödəniş
etməlidirlər.";
4.5. aşağıdakı
məzmunda 12-1 - 12-3-cü hissələr
əlavə edilsin:
"12-1. Ərazi
planlaşdırılması sənədləri təsdiq
edilmiş ərazilərdə
məişət qaz qurğuları quraşdırılan
tikinti obyektlərinin mövcud qazpaylayıcı
şəbəkəyə texnoloji
qoşulmasına görə
qaz qurğusunun istifadəçiləri qaz
paylayıcısına müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə
qoşulma xidmətinə
görə ödəniş
etməlidirlər.
12-2. Ərazi
planlaşdırılması sənədləri təsdiq
edilmiş ərazilərdə
bu Qanunun 13-cü maddəsinin 12-1-ci hissəsində
nəzərdə tutulan
tələblərə cavab
verməyən tikinti obyektlərinin qazpaylayıcı
şəbəkəyə qoşulması
bu Qanunun 13-cü maddəsinin 12-ci hissəsinə
uyğun olaraq həyata keçirilir.
12-3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) bu Qanunun
13-cü maddəsinin 12-ci və
12-1-ci hissələrində nəzərdə tutulan ödənişin məbləğini
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanının (qurumun)
müəyyən etdiyi
metodologiya əsasında
müəyyən edir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 dekabr 2022-ci il
Azərbaycan.- 2023.-4 fevral.-
S.4.