"İnsan hüquqlarının
və əsas azadlıqların müdafiəsi
haqqında" Konvensiyanın 13 nömrəli Protokolunu
imzalamaq səlahiyyətinin verilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 1101-ci maddəsini rəhbər tutaraq qərara alıram:
1. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 13 nömrəli Protokolunu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verildiyi barədə Avropa Şurasının Baş katibinə bildiriş göndərsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral
2023-cü il
Azərbaycan.- 2023.- 4 fevral.-
S.5.