Aİ ilə Azərbaycan arasında "yaşıl
enerji"yə keçid strategiyası
barədə fikir mübadiləsi
aparılıb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simsonla görüşüb.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini, münasibətlərin artan dinamikasında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb.
Görüşdə
Avropa İttifaqı tərəfindən
Azərbaycanın bərpa olunan enerji istehsalı sahəsində böyük potensialı qeyd
edilib, “yaşıl” enerjiyə keçid strategiyası, resurslardan
səmərəli istifadə və enerji
sahəsində tərəfdaşlığın gücləndirilməsi
barədə fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-
2023.- 4 fevral.- S.7.