"Telekommunikasiya
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2022-ci il
27 dekabr tarixli 768-VIQD
nömrəli Qanununun tətbiqi və
"Telekommunikasiya haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 768-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-1.2-ci maddəsində, 13.2-2-ci maddəsinin ikinci cümləsində, 13.3-1-ci, 13.3-2-ci maddələrində, 13.4-1-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 13.4.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 13.4-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;
1.3. həmin Qanunun 13.2-2-ci maddəsinin ikinci cümləsində, 13.3-1-ci və 13.3-2-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 13.2-1.2-ci maddəsində, 13.4-1-ci maddəsinin birinci cümləsində (ikinci halda) və 13.4.3-cü maddəsində "orqan (qurum)" dedikdə Dövlət Radiotezliklər İdarəsi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 13.4-1-ci maddəsinin birinci cümləsində birinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur;
1.6. "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 768-VIQD nömrəli Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.7. həmin Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində:
2.1.1. "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun 13.4-1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, beynəlxalq və ölkə səviyyətli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik zolaqlarından istifadə hüququnun məhdudlaşdırıldığı zaman radiotezlik istifadəçilərinə kompensasiyanın ödənilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.1.2. həmin Qanunun 13.2-2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, radiotezliklərdən istifadəyə dair müqavilənin nümunəvi formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.3. "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 768-VIQD nömrəli Qanununun 2-ci maddəsinə uyğun olaraq, radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq, radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtlərini və mexanizmini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.2. "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 768-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 709; 2006, ¹ 5, maddə 404, ¹ 11, maddə 947; 2007, ¹ 6, maddə 601; 2009, ¹ 4, maddə 226; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə 1027; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 3, maddələr 374, 382, ¹ 6, maddələr 1066, 1095, ¹ 8, maddə 1521, ¹ 12 (I kitab), maddə 2322; 2018, ¹ 6, maddə 1237; 2019, ¹ 7, maddə 1215; 2020, ¹ 8, maddə 1033; 2022, ¹ 5, maddə 471, ¹ 8, maddələr 840, 894) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə "7.10-1-ci,"
sözlərindən sonra "13.2-1.2-ci
maddələrində, 13.2-2-ci maddəsinin ikinci
cümləsində, 13.3-1-ci, 13.3-2-ci maddələrində, 13.4-1-ci
maddəsinin birinci (hər iki
halda) və ikinci
cümlələrində, 13.4.3-cü," sözləri əlavə
edilsin;
3.2. aşağıdakı məzmunda 2.2-1-ci, 2.2-2-ci, 2.14-cü və 2.15-ci bəndlər əlavə edilsin:
"2.2-1. həmin Qanunun 13.4-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;
2.2-2. həmin Qanunun 13.2-2-ci maddəsinin ikinci cümləsində, 13.3-1-ci və 13.3-2-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;";
"2.14. həmin Qanunun 13.2-1.2-ci maddəsində, 13.4-1-ci maddəsinin birinci cümləsində (ikinci halda) və 13.4.3-cü maddəsində "orqan (qurum)" dedikdə Dövlət Radiotezliklər İdarəsi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
2.15. həmin Qanunun 13.4-1-ci maddəsinin birinci cümləsində birinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur.".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 fevral
2023-cü il
Azərbaycan.-
2023.- 5 fevral.- S.3.