Şamil Ayrım: “Qərbi Azərbaycana qayıdış məsələsində də ədalət bərpa olunacaq”

 

Azərbaycan Qarabağ məsələsində Qələbə qazandı, haqq-ədaləti bərpa etdi. Qərbi Azərbaycana qayıdış məsələsində də ədalət bərpa olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım fevralın 4-də Qərbi Azərbaycan İcmasında görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

Türkiyə ilə Azərbaycan arasında münasibətlərin gündən-günə daha da möhkəmləndiyini vurğulayan türk parlamentari bildirib ki, iki ölkənin dövlət başçıları və xalqları arasında birliyin bütün dünyaya örnək ola biləcəyini bildirib.

“Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil, güclü bir Azərbaycan mövcuddur. Bu gün qardaş Azərbaycanın yanında da Türkiyə var. Şuşa Bəyannaməsi bizim üçün yol xəritəsidir. Bu yol xəritəsinə uyğun olaraq işlərimizi davam etdiririk”, - deyə Şamil Ayrım vurğulayıb.

 

Azərbaycan.- 2023.- 5 fevral.- S.9.