TBMM-in deputatı: “İran
hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə
hücuma görə məsuliyyət
daşıyır”
Cənubi Qafqazda maraqlar həmişə olub. Türkiyə və Azərbaycan əvvəlki ölkələr deyil. Hər iki ölkə regionda və dünyada böyük nüfuz sahibidirlər.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvü Yunuz Kılıç fevralın 4-də Qərbi Azərbaycan İcmasında jurnalistlərə açıqlamasında söyləyib.
Türk parlamentari bildirib ki, Qərbi Azərbaycan torpaqlarında tarixən azərbaycanlılar yaşayıbar, ermənilərin sayı isə çox az olub. Şükürlər olsun ki, Azərbaycan Zəfəri ilə haqsızlığa son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan və Türkiyə bir-birinə əvvəlkindən daha yaxındırlar. Biz dost və qardaş olaraq hər zaman Azərbaycanın yanındayıq.
Azərbaycanın
İrandakı səfirliyinə qarşı törədilən
hücumu pisləyən türk
deputat qeyd edib ki, İran
hökuməti bu hadisəyə görə
məsuliyyət daşıyır.
Azərbaycan.-
2023.- 5 fevral.- S.9.