Azərbaycan peşəkar milli
teatrının 150 illik yubileyi
qeyd ediləcək
Prezident İlham Əliyev fevralın 3-də Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2023-cü ildə 150 illiyi tamam olan Azərbaycan peşəkar milli teatrının yubileyi ilə bağlı tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.
Sərəncamda
vurğulanır ki, Azərbaycan teatrı
xalqımızın mədəni sərvətidir. Həmin sərvətin
qorunması və inkişaf etdirilməsi
Azərbaycan dövlətinin mədəniyyət siyasətinin
əsas prioritetlərindən biridir. Respublikamıza rəhbərlik etməyə
başladığı ilk illərdən
milli-mənəvi dəyərləri ön
planda tutmaqla tarixi-mədəni
irsimizə münasibətdə dönüş
yaradan Ulu Öndər
Heydər Əliyevin bilavasitə təşəbbüsü və
iştirakı ilə Azərbaycan teatrının 100 illik yubileyinin təntənəli
qeyd olunması diqqətəlayiq mədəniyyət
hadisəsinə çevrilmiş və
teatrımızın çiçəklənməsinə yeni stimul vermişdir.
Azərbaycan.-
2023.- 5 fevral.- S.11.