Azərbaycan kino layihəsi İtaliyada keçirilən Avropa
Film Forumunda mükafat qazanıb
Rejissor Elvin Adıgözəlin "Mənim sehrli dünyam" filmi Türkiyənin nüfuzlu TRT telekanalının 5000 avro məbləğində mükafatına layiq görülüb. "Mənim sehrli dünyam" Triestdə keçirilən beynəlxalq kinofestival tərəfindən təşkil edilən nüfuzlu "When East Meets West" kinoforumunun First Cut Lab proqramında iştirak edən ilk Azərbaycan layihəsidir.
Bu barədə "Cinex" kino şirkətinin mətbuat xidməti məlumat yayıb.
"Bu forum Avropada və dünyada kino peşəkarlarına dayaq missiyasını yerinə yetirən çoxşaxəli proqramdır. Bu il proqramda Azərbaycan layihəsindən əlavə, Serbiya, Braziliya, İtaliya, Macarıstan, Sloveniya, Belçika, Xorvatiya kinematoqrafiyasını təmsil edən 8 film iştirak edib. Belə ciddi rəqabətə baxmayaraq, "Mənim sehrli dünyam" ən yaxşı film olaraq seçilib.
Film Sabirabad rayonunun kənd
ansamblında çıxış edən və Bakıya televiziya verilişinə gəlmək arzusunda olan iki uşaqlıq dostu Babək
və Sahildən bəhs edir. Babək yerli kafelərin birində ofisiant
işləyən qıza aşiq olur. Bu vurğunluq
onun həyat prioritetlərini yenidən nəzərdən
keçirib keçmiş
həyatından, dostlarından və ailəsindən ayrılmaq
qərarına təkan verir. Hekayənin
müəyyən bir məqamında bütün arzular
dağılır, dostluq sınağa
çəkilir və ansamblın üzvlərinin həyatı
həmişəlik dəyişir. Məsum bir
macəra kimi başlayan
əhvalat həqiqi insani faciəyə çevrilir.
Azərbaycan.-
2023.- 5 fevral.- S.11.