"Sığorta fəaliyyəti
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini
rəhbər tutaraq qərara alır:
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 3, maddə 144, ¹ 7, maddə 602; 2009, ¹ 7, maddə 517; 2011, ¹ 1, maddə 11; 2013, ¹ 12, maddə 1470; 2014, ¹ 7, maddələr 771, 779; 2015, ¹ 11, maddə 1263; 2016, ¹ 3, maddə 410, ¹ 6, maddə 976; 2017, ¹ 7, maddələr 1286, 1294, ¹ 12 (I kitab), maddə 2221; 2018, ¹ 7 (I kitab), maddə 1392; 2019, ¹ 1, maddələr 19, 33, 50, ¹ 5, maddələr 793, 815, ¹ 6, maddə 999, ¹ 8, maddə 1362; 2020, ¹ 7, maddələr 822, 830; 2021, ¹ 6 (I kitab), maddə 558, ¹ 8, maddə 896, ¹ 11, maddə 1206, ¹ 12, maddələr 1298, 1320) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 44.2-1-ci, 50.1-1-ci, 57.2-1-ci, 60.3-1-ci və 84.1-1-ci maddələr əlavə edilsin:
"44.2-1. Lisenziya verilməsi üçün ilkin müraciət zamanı təqdim olunmalı sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.";
"50.1-1. Lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunmalı sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sığortaçı kimi təsis edilmiş hüquqi şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığortaçı kimi təsis edilmiş hüquqi şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.";
"57.2-1. Müddətsiz lisenziyanın verilməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sığortaçıdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığortaçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sığortaçı tərəfindən təmin edilir.";
"60.3-1. Lisenziyanın yenilənməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar sığortaçıdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığortaçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sığortaçı tərəfindən təmin edilir.";
"84.1-1. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sığorta vasitəçisi olmaq istəyən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığorta vasitəçisi olmaq istəyən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.".
2. 45.2-ci maddəyə "təqdim olunmadıqda" sözlərindən sonra "(bu Qanunun 44.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
3. 46.1.1-ci maddəyə "təqdim edilmədikdə" sözlərindən sonra "(bu Qanunun 44.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
4. 51.2-ci maddəyə "təqdim olunmadıqda" sözlərindən sonra "(bu Qanunun 50.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
5. 52.1.1-ci maddəyə "təqdim edilmədikdə" sözlərindən sonra "(bu Qanunun 50.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
6. 57.4-cü maddəyə "təqdim olunmadıqda" sözlərindən sonra "(bu Qanunun 57.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
7. 85.1-ci maddəyə "təqdim olunmadıqda" sözlərindən sonra "(bu Qanunun 84.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 dekabr 2022-ci il
Azərbaycan.-2023.- 10 fevral.- S.6.