"Azərbaycan
Respublikasının diplomatik nümayəndəliklərində
və konsulluqlarında xidmət keçən diplomatik
xidmət əməkdaşlarının və inzibati-texniki
xidməti həyata keçirən şəxslərin dövlət
icbari şəxsi sığortası
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 506; 2006, ¹ 3, maddə 223; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 6, maddə 462, ¹ 11, maddə 960; 2014, ¹ 4, maddə 336; 2015, ¹ 4, maddə 351; 2019, ¹ 1, maddə 36; 2020, ¹ 7, maddə 828; 2021, ¹ 8, maddə 896, ¹ 12, maddə 1319) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.2.1-ci və 6.1.2-ci maddələrə "mümkün olmadığı hallarda" sözlərindən sonra "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla," sözləri əlavə edilsin.
2. 11.1.2-ci maddəyə "müəyyən edildikdə" sözlərindən sonra "("İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 dekabr 2022-ci il
Azərbaycan.-2023.- 10 fevral.- S.6.