İran tarixi irsimizə də düşmən kəsilib
Azərbaycan şairi
İzzəddin Həsənoğlunun
Xorasandakı məzarının
dağıdılması molla
rejiminin növbəti
riyakarlığıdır
Azərbaycana qarşı daim qeyri-səmimi münasibət
göstərən İran
Vətən müharibəsindəki
qələbəmizdən sonra
ölkəmizlə açıq
düşmənçiliyə başlayıb. Sərhəddə hərbi təlimlər
keçirməsi, güc
nümayişi, aparılan
anti-Azərbaycan kampaniyası,
həmçinin terrorçu
Ermənistanı müdafiə
etməsi İranın
yürütdüyü riyakar
siyasətin bariz göstəriciləridir.
İran otuz il ərzində
terroru dəstəkləyən
ölkə olaraq Ermənistana kömək olub. Vətən müharibəsi dövründə
İranın ərazisindən
ermənilərə yardım
məqsədilə silah-sursatın
daşınması da
bunu bir daha sübut edib.
Özünü islam respublikası elan edən İran Qarabağ və Şərqi Zəngəzurda müsəlman
irsinə qarşı
edilən təhqirlərə
nəinki göz yummuş, hətta təhqir edənlərin müdafiəsinə çıxaraq
riyakarlıq göstərmişdir.
Terrorçu ölkənin
daxili siyasətində
əhalidə xof yaratmaq, onları qorxu içində saxlamaq üçün qeyri-insani üsullardan istifadə olunur, hüquqları, haqları
tapdalanan günahsız
şəxslər edam edilir.
Yürütdüyü siyasətin nəticəsidir
ki, xalq artıq molla rejimindən təngə gəlib. Sentyabr ayında başlanan aksiyalar əhalinin hökumət əleyhinə
etirazlarına çevrilib.
Etirazçılar molla rejiminin
devrilməsini, insanların
günahsız yerə
öldürülməsinin dayandırılmasını, qadınların
məcburi hicab taxmasının ləğv
edilməsini istəyirlər.
İran hətta öz ərazisindəki beynəlxalq
konvensiya üzrə öhdəliklərindən yayınaraq
öz ölkəsindəki
diplomatik nümayəndəlikləri
belə terrora məruz qoyur. Yanvarın 27-də Azərbaycanın İrandakı
səfirliyinə silahlı
hücum aktı bunu sübut edir. İranın xüsusi xidmət orqanlarının sifarişi
ilə həyata keçirilən terror hadisəsi
fars molla rejiminin Azərbaycana qarşı yürütdüyü
siyasətin bariz göstəricisidir.
Xatırladaq ki, bir müddət əvvəl Londondakı səfirliyimizə
hücumun arxasında
da molla rejimi dururdu. Araşdırmalar nəticəsində həmin hücumu törədən qruplaşmanın
İran fanatları olan qruplaşma ilə yaxın münasibətlərə malik
olduğu müyyənləşmişdi.
Terror aktından
10 gündən çox
keçməsinə baxmayaraq,
İrandan hələ
də bu hadisə ilə bağlı hər hansı məlumat verilməyib, əksinə,
rəsmi Tehran anti-Azərbaycan
siyasətini davam etdirir. Məlum olduğu
kimi, yanvarın sonlarında İranda güclü zəlzələlər
baş verib. Daha çox dağıntıların
baş verdiyi Xoyda yaşayan soydaşlarımıza qarşı
da İran eyni siyasəti yürüdür. Şaxtalı, soyuq havada çöldə
qalan, qida, çadır çatışmazlığı
ilə üzləşən
azərbaycanlılara heç
bir kömək edilmir. İran Azərbaycanın soydaşlarımıza humanitar
yardım göndərməsinə
də imkan vermir. Bu, bir
daha cənub qonşumuzun Azərbaycana qarşı düşmənçiliyini
açıq-aydın göstərir.
İran, həmçinin
Azərbaycan mədəniyyətinin, xalqımızın
tarixi irsinin silinməsi üçün
də məkrli əməllərə əl
atır. Belə faktlardan biri
XIII əsrdə yaşamış
Azərbaycan şairi İzzəddin Həsənoğlunun
məzarının dağıdılmasıdır.
Belə ki, KİV-də İzzəddin Həsənoğlunun
qəbrinin dağıdılmış
vəziyyətdə şəkli
paylaşılıb. Qeyd
edək ki, Xorasan şəhərində
yerləşən məzar
ötən il
bərpa olunmuşdu.
Bu, bir daha İranın anti-Azərbaycan
təbliğatının, irsimizə
qarşı düşmənçiliyinin
nümunəsidir.
Azərbaycan İranla münasibətlərində
daim səmimi olub. Bakı heç vaxt
İrana qarşı yaradılan beynəlxalq koalisiyaya qoşulmayıb.
Bununla belə İran ölkəmizə qarşı
münasibətində riyakar
siyasət yürüdüb,
düşmənçilik edib.
Səfirliyimizdə baş verən
terror aktından sonra Xoyda zəlzələdən
əziyyət çəkən
soydaşlarımıza yardıma
imkan verilməməsi
və İzzəddin Həsənoğlunun məzarına
qarşı edilən
düşmənçiliyinin göstəriciləridir.
Əsmər QARDAŞXANOVA
Azərbaycan.- 2023.- 7 fevral.- S.7.