İsveçrə səfiri Ermənistanın mina təhdidləri barədə məlumatlandırılıb

 

Fevralın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Muriel Peneveyreni ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan və İsveçrə arasında müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən ikitərəfli münasibətlər gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin cari regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi, ticarət, bağlantılar, humanitarsair sahələrdə əməkdaşlığın inkişafını qeyd edən nazir Ceyhun Bayramov bu istiqamətdə göstərdiyi səylərə görə səfir Muriel Peneveyreyə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə regionda vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işləri, o cümlədən Azərbaycanla Ermənistan arasında sülhnormallaşma gündəliyinin irəli aparılması istiqamətində səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Ermənistanın postmünaqişə dövründə sülh gündəliyinə xələl gətirən addımları, o cümlədən Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov bu kimi təxribatlara, habelə Ermənistanın beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanmış əsassız iddialarına baxmayaraq Azərbaycanın sülh prosesində qərarlı olduğunu bildirib.

Nazir, eyni zamanda, mina təhdidləri barədə ətraflı məlumat verib. Laçın yolu ətrafında yaranmış vəziyyətin blokadaya humanitar vəziyyətə mənfi təsir etməsi barədə iddiaların əsassız olduğu barədə misalları diqqətə çatdırıb.

Səfir Muriel Peneveyre Azərbaycan və İsveçrə arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu, bu xüsusda səylərin gücləndirilməsinin əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. O, ötən il diplomatik münasibətlərin 30 illiyi tədbirlərini, ikitərəfli komissiyanın işini, yüksək səviyyəli səfərləri məmnunluqla xatırlayıb. Bölgədə sülhün və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində normallaşma gündəliyinin, sülh sazişi üzrə danışıqların davam etməsinin vacibliyi qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2023.- 8 fevral.- S.3.