"Əmtəə nişanları
və coğrafi göstəricilər haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Əmtəə
nişanları və
coğrafi göstəricilər
haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 8, maddə 485; 2004, ¹ 7, maddə 505; 2009, ¹ 5, maddə
296; 2010, ¹ 3, maddə 171; 2012, ¹ 7, maddə 645; 2013, ¹ 12, maddə
1482; 2018, ¹ 4, maddə 636; 2019, ¹ 1, maddə 26, ¹ 3, maddə
373, ¹ 4, maddə 572) 9-cu maddəsində
aşağıdakı dəyişikliklər
edilsin:
1. Səkkizinci -
on dördüncü hissələr
doqquzuncu - on beşinci
hissələr hesab edilsin və aşağıdakı məzmunda
səkkizinci hissə əlavə edilsin:
"Bu maddənin
yeddinci hissəsində
nəzərdə tutulan
sənədlərin və
ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət orqanından
(qurumundan) əldə
edilməsi mümkün
olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb
edilmir. Belə sənədlərin və
ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi ərizəçinin
razılığı ilə
sorğu əsasında
müvafiq dövlət
orqanından (qurumundan)
tələb olunur və ya ərizəçi
tərəfindən təmin
edilir.".
2. On üçüncü
hissənin birinci cümləsində "birinci"
sözü "ikinci"
sözü ilə əvəz edilsin və həmin cümləyə "verilmədikdə"
sözündən sonra
"(bu maddənin səkkizinci hissəsinin tələbləri nəzərə
alınmaqla)" sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
20 dekabr 2022-ci il
Azərbaycan.- 2023.- 8 fevral.-
S.9.