"Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsində
dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının 2022-ci il 20 dekabr tarixli 732-VIQD nömrəli
Qanununun tətbiqi və "Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli
713-IVQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 732-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 803; 2014, ¹ 9, maddə 1050, ¹ 11, maddələr 1382, 1413, ¹ 12, maddə 1588; 2015, ¹ 10, maddə 1121; 2016, ¹ 6, maddələr 1020, 1044, ¹ 11, maddə 1827; 2018, ¹ 7 (I kitab), maddə 1476; 2019, ¹ 7, maddə 1240; 2020, ¹ 6, maddə 703; 2021, ¹ 1, maddə 36) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.3-cü bənddə "65.0.1-ci, 65.0.7-ci" sözləri "65.1.1-ci, 65.1.7-ci" sözləri ilə əvəz edilsin;
1.2. 5.4-cü bənddə "65.0-cı" sözləri "65.1-ci" sözləri ilə, "65.0.1-ci və 65.0.7-ci" sözləri "65.1.1-ci və 65.1.7-ci" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 732-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral
2023-cü il
Azərbaycan.- 2023.- 8 fevral.- S.9.