"Dini etiqad azadlığı haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2022-ci il 20 dekabr tarixli 698-VIQD nömrəli Qanununun
tətbiqi və "Dini etiqad
azadlığı haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavələr
və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli
97 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 698-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 5, maddə 329; 2012, ¹ 4, maddə 294; 2013, ¹ 8, maddə 908; 2015, ¹ 9, maddə 987; 2017, ¹ 6, maddə 1097; 2019, ¹ 5, maddə 840; 2021, ¹ 6 (I kitab), maddə 578; 2022, ¹ 3, maddə 216) 2.2-ci bəndində "dördüncü və beşinci" sözləri "beşinci və altıncı" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 698-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral
2023-cü il
Azərbaycan. - 2023.- 8 fevral.- S.9.