"Əmtəə
nişanları və coğrafi göstəricilər
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2022-ci il
20 dekabr tarixli 702-VIQD
nömrəli Qanununun tətbiqi və
"Əmtəə nişanları və coğrafi
göstəricilər haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 702-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 8, maddə 499; 2002, ¹ 1, maddə 14; 2003, ¹ 10, maddə 571; 2006, ¹ 9, maddə 743; 2009, ¹ 4, maddə 226, ¹ 12, maddə 984; 2012, ¹ 7, maddə 680; 2014, ¹ 6, maddə 651; 2019, ¹ 3, maddə 440; 2020, ¹ 2, maddə 92) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1-ci və 2.3-cü bəndlərdə "səkkizinci, on ikinci və on üçüncü" sözləri "doqquzuncu, on üçüncü və on dördüncü " sözləri ilə əvəz edilsin;
1.2. 2.2-ci bənddə "on dördüncü" sözləri "on beşinci" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 702-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral
2023-cü il
Azərbaycan.- 2023.- 8 fevral.-
S.9.