"Ətraf mühitin
mühafizəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2022-ci il 20 dekabr tarixli 738-VIQD nömrəli Qanununun
tətbiqi və "Ətraf mühitin
mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Ətraf mühitin mühafizəsi
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2022-ci il 20 dekabr tarixli 738-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 483; 2003, ¹ 10, maddə 546; 2014, ¹ 10, maddə 1192; 2017, ¹ 7, maddə 1342; 2018, ¹ 11, maddə 2279) 2.1-ci və 2.5-ci bəndlərində ", 10-cu (hər iki halda) və 12-ci hissələrində" sözləri "hissələrində, 10-cu hissəsinin birinci cümləsində və 12-ci hissəsində" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 738-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral
2023-cü il
Azərbaycan.- 2023.- 8 fevral.-
S.10.