"Azərbaycan
Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş
"Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də
dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının 2022-ci il 20 dekabr tarixli 736-VIQD nömrəli
Qanununun tətbiqi və "Hərbi xidmətkeçmə
haqqında"
Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 736-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 176; 2002, ¹ 8, maddə 478; 2004, ¹ 1, maddə 19; 2005, ¹ 4, maddə 299; 2007, ¹ 11, maddə 1117; 2008, ¹ 8, maddə 719; 2010, ¹ 10, maddə 845; 2015, ¹ 5, maddə 541; 2017, ¹ 3, maddə 366, ¹ 12 (I kitab), maddə 2277; 2018, ¹ 12 (I kitab), maddə 2563) 2-ci hissəsinin altıncı və on doqquzuncu abzaslarında "29-cu maddəsinin üçüncü" sözləri "29-cu maddəsinin dördüncü" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 736-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral
2023-cü il
Azərbaycan.- 2023.- 8 fevral.- S.10.