"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının  Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 106; 2001, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 4; 2004, ¹ 8, maddə 606, ¹ 9, maddə 666; 2007, ¹ 3, maddə 206, ¹ 6, maddələr 560, 598, ¹ 11, maddə 1078; 2008, ¹ 8, maddə 699, ¹ 11, maddə 960; 2009, ¹ 6, maddə 395; 2010, ¹ 4, maddə 276; 2013, ¹ 12, maddə 1497; 2018, ¹ 3, maddə 399, ¹ 5, maddə 886, ¹ 12 (I kitab), maddə 2481; 2019, ¹ 7, maddə 1194; 2020, ¹ 4, maddə 394, ¹ 7, maddə 826; 2021, ¹ 8, maddə 897, ¹ 12, maddə 1316; 2022, ¹ 7, maddə 714) aşağıdakı dəyişikliklər edilsin:

1. 30-6-cı maddənin ikinci hissəsinin 1-ci bəndinə və dördüncü hissəsinin 2-ci bəndinə "mümkün olmadığı hallarda" sözlərindən sonra "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla," sözləri əlavə edilsin.

2. 30-8-ci maddənin birinci hissəsinin üçüncü abzasına "müəyyən edildikdə" sözlərindən sonra "("İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun   30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

 

Azərbaycan.- 2023.- 9 fevral.- S.8.