"Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

"Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 10, maddə 569; 2001, ¹ 12, maddə 736; 2005, ¹ 8, maddə 692; 2006, ¹ 11, maddə 928; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 8, maddə 695, ¹ 11, maddə 960; 2009, ¹ 12, maddə 966; 2013, ¹ 4, maddə 357; 2014, ¹ 1, maddə 8, ¹ 4, maddə 337; 2015, ¹ 2, maddə 75, ¹ 3, maddə 251; 2020, ¹ 7, maddə 827; 2021, ¹ 8, maddə 897, ¹ 12, maddə 1318) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-1.2.1 və 4-2.1.2-ci maddələrə "mümkün olmadığı hallarda" sözlərindən sonra "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla," sözləri əlavə edilsin.

2. 8.1.2-ci maddəyə "müəyyən edildikdə" sözlərindən sonra "("İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

 

Azərbaycan.- 2023.- 9 fevral.- S.9.