"Maliyyə-sənaye qrupları haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
"Maliyyə-sənaye qrupları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 101; 2002, ¹ 5, maddə 241; 2005, ¹ 8, maddə 684) 9-cu maddəsinə aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
"3-1. Maliyyə-sənaye qruplarının dövlət qeydiyyatı zamanı zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər maliyyə-sənaye qrupunun baş şirkətindən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi maliyyə-sənaye qrupunun baş şirkətinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya maliyyə-sənaye qrupunun baş şirkəti tərəfindən təmin edilir.".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr
2022-ci il
Azərbaycan.- 2023.- 9 fevral.-
S.10.