"Azərbaycan Respublikası Əhalisinin Dövlət
Reyestri haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 6, maddə 477; 2008, ¹ 10, maddə 886; 2009, ¹ 12, maddə 966; 2010, ¹ 10, maddə 837; 2011, ¹ 3, maddə 162; 2013, ¹ 5, maddə 475; 2014, ¹ 11, maddə 1347; 2015, ¹ 5, maddə 495; 2019, ¹ 1, maddə 40) aşağıdakı məzmunda 10.4-1-ci maddə əlavə edilsin:
"10.4-1. Dövlət Reyestrindən məlumatların verilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr
2022-ci il
Azərbaycan.- 2023.- 9 fevral.-
S.10.