"Əmanətlərin sığortalanması
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Əmanətlərin
sığortalanması haqqında"
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 2, maddə
79; 2009, ¹ 6, maddə 400, ¹ 7, maddə 517; 2016, ¹ 3, maddələr
394, 421; 2017, ¹ 7, maddə 1310; 2019, ¹ 1, maddə 31; 2020, ¹ 7, maddə
825, ¹ 12 (I kitab),
maddə 1437) aşağıdakı
məzmunda 28.2-1-ci maddə
əlavə edilsin:
"28.2-1. Kompensasiyaların
alınması üçün
müraciət edilməsi
ilə əlaqədar
tələb olunan sənədlərin Elektron
Hökumət İnformasiya
Sistemi vasitəsilə
müvafiq dövlət
orqanından (qurumundan)
əldə edilməsi
mümkün olduqda həmin sənədlər
müraciət edəndən
tələb edilmir. Belə
sənədlərin Elektron
Hökumət İnformasiya
Sistemi vasitəsilə
əldə edilməsi
mümkün olmadığı
hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə
sorğu əsasında
müvafiq dövlət
orqanından (qurumundan)
tələb olunur və ya müraciət
edən tərəfindən
təmin edilir.".
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
20 dekabr 2022-ci il
Azərbaycan. - 2023.- 9 fevral.- S.10.