Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və
"Azərbaycan Respublikası Dövlət Turizm
Agentliyinin fəaliyyətinin təmin edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin aşağıdakı regional turizm idarələri yaradılsın:
1.1. Bakı-Abşeron
Regional Turizm İdarəsi;
1.2. Gəncə
Regional Turizm İdarəsi;
1.3. Şəki
Regional Turizm İdarəsi;
1.4. Lənkəran
Regional Turizm İdarəsi;
1.5. Mingəçevir
Regional Turizm İdarəsi;
1.6. Quba Regional Turizm İdarəsi;
1.7. Qarabağ
Regional Turizm İdarəsi;
1.8. İsmayıllı
Regional Turizm İdarəsi.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Fərmandan irəli gələn məsələləri
həll etsin.
3. "Azərbaycan
Respublikası Dövlət
Turizm Agentliyinin fəaliyyətinin təmin
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 21
sentyabr tarixli 278 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018,
¹ 9, maddə 1841; 2019, ¹ 5, maddə
822, ¹ 10, maddələr 1586, 1588; 2020, ¹ 9, maddə 1154; 2022, ¹ 2, maddə
113) 3-cü hissəsi aşağıdakı
redaksiyada verilsin:
"3. Azərbaycan
Respublikası Dövlət
Turizm Agentliyinin işçilərinin say həddi
cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə
88 ştat vahidi müəyyən edilsin.".
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
8 fevral 2023-cü il
Azərbaycan. - 2023.- 9 fevral.- S.10.