Səfir Ali Kaan
Orbay: “Türkiyədə
zəlzələnin ilk günündən
ən çox və tez
yardım göndərən Azərbaycan olub”
Türkiyədə zəlzələ baş verən gündən Azərbaycan dövləti və Gürcüstanda yaşayan azərbaycanlılar daim bizim yanımızda olublar. Bu, əsl qardaşlığın, bir millət, iki dövlət olmağımızın sübutudur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay söyləyib.
Səfir deyib ki, Türkiyədə baş verən müdhiş faciənin ilk günündən ən çox və ən tez yardım göndərən Azərbaycan olub. Gürcüstanda yaşayan azərbaycanlılar da əsl qardaşlıq nümayiş etdirirlər. Bu, başqa ölkələr üçün də nümunədir.
“Mən bu dəstəyə, köməyə görə qardaş Azərbaycan xalqına, şəxsən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də Gürcüstanda yaşayan azərbaycanlılara minnətdarlığımı bildirirəm”, – deyə Ali Kaan Orbay vurğulayıb.
Onun
sözlərinə görə, Gürcüstanda
yaşayan azərbaycanlılar, eləcə
də gürcü dostlar
bu günə qədər Türkiyədə
zəlzələdən zərər çəkən insanlar üçün xeyli humanitar yardım
toplayıblar. Bu da, eyni zamanda, Azərbaycan-Türkiyə-Gürcüstan
dostluğunun,
qardaşlığının bariz
nümunəsidir.
Azərbaycan.-
2023.- 15 fevral.- S.7.