Yasamal bələdiyyəsi
Türkiyəyə humanitar yardım göndərib
Türkiyədə baş verən
dağıdıcı zəlzələ nəticəsində
zərər çəkmiş insanlara
soydaşlarımızın yardım kampaniyası davam edir.
Humanitar yardım kampaniyası çərçivəsində
bu gün paytaxtın Yasamal bələdiyyəsinə aid
yük avtomobili Türkiyəyə yola salınıb.
Bakı Şəhər İcra
Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal bələdiyyəsinin
sədri Tahir Məmmədov göndərilən ləvazimatların
əsasən isti paltarlar, istilik vasitələri, uzun müddət
saxlanılması mümkün olan qidalar, uşaq yeməkləri,
qablaşdırılmış qidalar, tibbi və gigiyenik ləvazimatlar
və digər zəruri əşyalar olduğunu qeyd edib.
Onun sözlərinə görə,
humanitar yardım kampaniyasına həm Yasamal rayonun sıravi
sakinləri, həm də rayonda fəaliyyət göstərən
sahibkarlar və vətəndaş cəmiyyətinin fəalları
qoşulublar. “Bir millət, iki dövlət” şüarı
ilə Yasamal bələdiyyəsinin təşəbbüsü
nəticəsində toplanan humanitar yardım faciə bölgəsində
zərər çəkmiş vətəndaşlara
çatdırılacaq.
Azərbaycan.-
2023.- 15 fevral.- S.7.