İranın bitməyən mənəvi terroru

 

Qırx dörd il öncə də İranda hakimiyyətə qarşı etirazlar kütləvi hal almışdı və ara vermədən davam edirdi. O zaman hökumətə Məhəmməd Rza şah Pəhləvi rəhbərlik edirdi. İran Məhəmməd Rza şahın mənsub olduğu Pəhləvi sülaləsinin başçılıq etdiyi monarxiya quruluşuna malik dünyəvi dövlət idi.

1970-ci ilin sonlarında İran inqilab alovlarına büründü. Səbəblər olaraq şahın keçirdiyi islahatlarla sadə xalqı narazı salması, eləcə Avropa ABŞ- yaxın əlaqələri göstərildi. Hadisələr gündən-günə gərginləşdi. Şah rejiminə qarşı başlayan etirazlar genişləndi. Müxalif ruhanilər xalqın narazılığından məharətlə istifadə etdilər əsas məqsədlərinə çatdılar. Şah 1979-cu ilin yanvarında ailəsi ilə İrandan qaçmalı oldu.

Beləliklə, inqilabi hərəkat 1979-cu ilin 11 fevral tarixində istədiyinə nail oldu. Məhəmməd Rza şah Pəhləvi hakimiyyəti devrildi şah rejiminə son qoyuldu. Sürgündən geri dönən Ruhullah Musəvi Xomeyni hakimiyyətə gəldi. İran İslam Respublikası quruldu.

Tarixdə baş verən bütün inqilablarda xalqın məqsədi daha mütərəqqi, müasir, bir sözlə, insanları günə çıxaran hakimiyyətin qurulmasıdır. İran İslam İnqilabından sonrakı hadisələr, İranın bu gün düşdüyü ağır böhranlı vəziyyət bunun əksini göstərdi. İranda yaşayanlar, necə deyərlər, yağışdan çıxıb yağmura düşdülər. Ölkənin adına islam sözü əlavə olunsa da, dinsizlik, Alahsızlıq hökm sürməyə başladı. Tehranın molla rejimi sadə insanlara qarşı dinə yaraşmayan, insanlığa uyğun olmayan əməllər törətdi, qərarlar verdi, qaydalar qoydu.

İran İslam Respublikası ölkənin daxili siyasəti kimi, xarici siyasətində "yanlışlıqlara", "səhvlərə" yol verdi. İslam dinini bayraq edən İran xüsusilə din qardaşlarının yaşadığı ölkələrə qarşı münasibətdə riyakarlıq, fitnəkarlıq etdi. Ərazisinin çox hissəsinin Azərbaycan torpaqları, vətəndaşlarının çoxunun azərbaycanlılar olduğunu belə nəzərə almadı. İran İslam Respublikası SSRİ dağılıb, tərkibindəki respublikalar, eləcə Azərbaycan müstəqil dövlət olduqdan sonra düşdüyü təlaşı gizlədə bilmədi. Bunu ən çox da Azərbaycanın düşmənləri ilə müttəfiqlik edərək göstərdi. 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində təcavüzkar ermənilər Qərbi Azərbaycanda, Qarabağda, Şərqi Zəngəzurda azərbaycanlılara divan tutanda, soyqırımı törədəndə, günahsız insanları, qoca, uşaq, qadın demədən işgəncələrlə qətlə yetirəndə İranın görən gözləri oldu, eşidən qulaqları. Amma işğalçı Ermənistana yardım etməyi yaddan çıxarmadı. 1990-cı illərdə Azərbaycan ərazilərinin iyirmi faizi Ermənistan tərəfindən işğal edildi. Otuz ilə yaxın həmin yerlərin ah-naləsi göylərə bülənd oldu. Erməni vandalları Qarabağda, Şərqi Zəngəzurda tarixiliyinə, müasirliyinə fərq qoymadan bütün tikililəri uçurub dağıtdılar. Adına islam ölkəsi deyən İran ermənilərin məscidlərdə donuz saxlamalarına, bununla əslində yalnız azərbaycanlıları deyil, bütün müsəlmanları təhqir etdiklərinə belə etiraz etmədi. Həmin ermənilərdən öz kömək əlini, yardımlarını bir gün əsirgəmədi.

İran İslam Respublikasının diplomatik münasibətlərdə uğursuzluqları, yol verdiyi cinayətlər hər kəsə məlumdur. Bu rejimin dövründə ayrı-ayrı illərdə ölkədəki diplomatik korpuslara - ABŞ, Böyük Britaniya Səudiyyə Ərəbistanı səfirliklərinə terror hücumları edildi. Bu il yanvarın 27-də isə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumları baş verdi, səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov şəhid oldu, səfirliyin əməkdaşları Mahir İmanov Vasif Tağıyev isə yaralandı.

Hiddət doğuran faktlardan biri odur ki, Azərbaycan səfirliyinə terror hücumu gözlənilməz olmayıb. Terror hadisəsindən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında İrandakı diplomatik missiyamıza qarşı əvvəllər təhdid cəhdləri olduğu, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında dəfələrlə qaldırıldığı vurğulanıb: "Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir".

Yanvarın 27-də Tehranda törədilən qanlı terror məhz İranın Azərbaycan tərəfinin diplomatik missiyasına qarşı təhdid cəhdlərinin qarşısının alınması, təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi barədə davamlı qaldırdığı məsələlərə, təkidli müraciətlərə əhəmiyyət verməməsi, eləcə beynəlxalq hüquq normaları heçə sayması nəticəsində baş verdi. Terrorun icraçısı Yasin Hüseynzadənin hadisəni törətməzdən qabaq ciddi müşahidə apardığı, yanvarın 27-si iki dəfə - saat 08:05 08:24-də idarə etdiyi avtomobillə səfirliyin qarşısından keçdiyi səfirliyin müşahidə kameralarına da düşüb. Sonra saat 08:32-də terrorçu əlində "Kalaşnikov" avtomatı nümayişkaranə şəkildə Azərbaycan səfirliyinin yerləşdiyi binaya daxil olub. Həmin ərazidə olan polis əməkdaşı isə bütün bunları çox sakit arxayın şəkildə izləməklə kifayətlənib. Terror hadisəsinin qarşısını almaq üçün sonradan da hər hansı operativ addımların atılması müşahidə edilməyib. Faktlar söyləməyə əsas verir ki, Azərbaycan səfirliyinə hücum planlı şəkildə idi mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev baş verə biləcək təhlükəli hadisənin qarşısını qəhrəmanlıqla alıb, canini zərərsizləşdirməsəydi, terrorçunun hədəfində bütün səfirlik əməkdaşlarının qətlə yetirilməsi vardı.

İran rəsmilərinin bunu "məişət" zəminində baş verən hadisə kimi qələmə vermək cəhdləri, əslində qanlı terrorun mahiyyətini ortaya çıxardı. Bununla bir daha təsdiq etdilər ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində olanlar, beynəlxalq hüquqla qorunan ərazilərimizə silahlı basqın İranın xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq dövlətimizə qarşı həyata keçirilmiş terror aktıdır.

Görünən odur ki, bir neçə gün öncə - fevralın 11-də hakimiyyətə gəlməsinin qırx dördüncü ili tamam olan molla rejimi bir-birinin ardınca yol verdiyi cinayət əməlləri ilə sarsılmaqdadır. Bu rejimin yersiz qadağalarından, zülmlərindən, əsarətindən, işgəncələrindən qırx dörd ildir ki, canı boğazına yığılmış xalq artıq azadlıq arzusunu, rahat nəfəs almaq istəyini uca səslə hayqırır.

Hakimiyyətə islahat, demokratiya, azadlıq, bütün millətlərin hüquqlarının qorunacağı vədləri ilə gəlmiş İran hökuməti öz vətəndaşlarının düşməninə çevrilib. Asıb-kəsməklə, işgəncələrlə, edam etməklə ölkə əhalisini gözünün odunu almaq cəhdi isə artıq molla rejiminin gözlədiyi nəticəni vermir. Ötən ilin sentyabrından bəri ölkəni bürüyən etirazların qarşısını almaqda rejim aciz qalıb.

Ölkə vətəndaşları ədalət istəyirlər, öz hüquqlarını, haqlarını tələb edirlər. Konstitusiyasında qeyd olunsa da, İran hökuməti hər zaman Güney azərbaycanlıları başda olmaqla, digər bütün millətlərin problemlərinə laqeyd yanaşıb, hüquqlarını pozub. Dilini, mədəniyyətini, bir sözlə, milli kimliklərini yox etməyə cəhd göstərib. Ancaq İran rəsmiləri tarixi unutmamalıdırlar. Yaddan çıxarmamalıdırlar ki, milli kimliyi heç bir vasitə ilə unutdurmaq, məhv etmək mümkün deyil.

Öz dillərində təhsil almaq digər hüquqlarından məhrum edilən Güney azərbaycanlıları İranda rejim əleyhinə beş aydan çoxdur davam edən etirazların önündə gedirlər. Mübarizələrini "Azadlıq, ədalət, milli hökumət" şüarı ilə davam etdirirlər.

İran rejimi tərəfindən illərdir ki, azərbaycanlılara öz torpaqlarında, öz yurdlarında rahat yaşaya bilməmələri üçün məqsədli şəkildə aparılır, ekoloji problemlər yaradılır. Sonuncu Xoy zəlzələsi zamanı rejimin insanlara heç bir kömək göstərməməsi, azərbaycanlıların qışın qarlı-şaxtalı günlərində evlərinin dağılması, küçələrdə qalmaları ürək ağrıdır.

Hakimiyyətə inqilabla gələn rejim aradan qırx dörd il ötsə dönüb keçmişinə baxmalı, nəticə çıxarmalıdır. Xalqın etirazı getdikcə daha da artmaqdadır. Görünən odur ki, yalnız soydaşlarımız deyil, İranda yaşayan digər xalqlar da artıq molla rejiminin zülmü altında əzilmək niyyətində deyillər. Bu isə ondan xəbər verir ki, inqilab yenidən baş verə bilər.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2023.- 15 fevral.- S. 1; 9.