Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair müşavirə keçirilib

 

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) 2022-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

XRİTDX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən Xidmət rəisi generalleytenant İlqar Musayev fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olması, yaralanması və genişmiqyaslı dağıntıların xalqımızı da dərindən sarsıtdığını qeyd edib, çoxsaylı insan tələfatı ilə bağlı qardaş Türkiyə xalqına başsağlığı verib, yaralıların tezliklə şəfa tapmasını diləyib.

Tədbir iştirakçıları zəlzələ nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İlqar Musayev çıxışında 2022-ci ildə dünyada yaşanan mürəkkəb ictimai-siyasi proseslərin bəzi ölkələrdə iqtisadi böhranlar yaratmasına baxmayaraq, Azərbaycan Prezidentinin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində respublikamızın iqtisadiyyatında mühüm uğurların əldə olunduğunu vurğulayıb.

Müşavirədə Azərbaycan Prezidentinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsinin inkişafına xüsusi diqqət yetirdiyi qeyd olunub. Hesabat ilində bu sahədə bir sıra mühüm fərman və sərəncamların imzalanmasının və müvafiq qərarların qəbul edilməsinin bu diqqət və qayğının göstəricisi olduğu bildirilib.

Tədbirdə hesabat dövründə XRİTDX tərəfindən dövlət orqanlarının xüsusi dövlət rabitəsi, hökumət rabitəsi, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemləri və şəbəkələri ilə təmin edilməsi, onların internet şəbəkəsi ilə əlaqəsi və internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsi, istismarı, təhlükəsizliyi və inkişafı, o cümlədən digər sahələrdə görülən işlər, mövcud nöqsanlarcari ildə qarşıda duran vəzifələrdən danışılıb.

Müşavirədə Xidmətin struktur bölmələrinin rəhbərləri və digər şəxslər fəaliyyət istiqamətlərinə uyğun olaraq, ötən ilin nəticələri barədə hesabat məruzələri ilə çıxış ediblər.

Sonda Xidmət rəisi 2023-cü ilin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İlielan edildiyini xatırladaraq, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə XRİTDX tərəfindən bir sıra tədbirlərin təşkili və həyata keçirilməsi barədə məlumat verib.

 

Azərbaycan.- 2023.- 12 fevral.- S.2.