Müdafiə naziri azad
edilmiş ərazilərdə aparılan tikinti işləri ilə tanış olub
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin göstərişinə
əsasən Azərbaycan
Ordusunda aparılan islahatlar çərçivəsində
müasir hərbi infrastrukturun yaradılması,
eləcə də bölmələrin döyüş
hazırlığının yüksəldilməsi istiqamətində
həyata keçirilən
tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
müdafiə naziri
general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə tikintisi
davam edən bir neçə hərbi obyektdə görülən işlərlə
tanış olub.
Məruzə olunub ki, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün burada qərargah binası, yataqxana, xidməti otaqlar, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi və digər infrastruktur obyektləri, eləcə də hərbi qulluqçular və onların ailə üzvləri üçün yaşayış binası tikilir. Bütün obyektlərin müasir avadanlıqlarla təchiz olunmasının nəzərdə tutulduğu qeyd edilib.
Tikinti-quruculuq işlərinin gedişatını yoxlayan müdafiə naziri inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Azərbaycan.- 2023.-17 fevral- S.3.