Prezident İlham Əliyevin Münxendə İsrailin müdafiə naziri
ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin fevralın 17-də Münxendə
İsrail Dövlətinin
müdafiə naziri Yoav Qallant ilə
görüşü olub.
AZƏRTAC xəbər
verir ki, Prezident İlham Əliyev Yoav Qallantı İsrailin müdafiə naziri vəzifəsinə təyin
olunması münasibətilə
təbrik etdi, onunla Azərbaycanın müdafiə naziri arasında təmasların
və telefon danışıqlarının olduğunu
məmnunluqla vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanla
İsrail arasında münasibətlərin dostluq
və tərəfdaşlıq
xarakteri daşıdığını,
müxtəlif sahələrdə,
o cümlədən müdafiə
və hərbi-texniki sahədə əməkdaşlığın
inkişaf etdiyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın İsraildə
səfirliyinin tezliklə
fəaliyyətə başlamasının
əlaqələrimizin inkişafına
daha böyük töhfə verəcəyinə
əminliyini ifadə etdi.
Yoav Qallant İsrail Dövlətinin rəhbərliyinin
salamlarını dövlətimizin
başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi və onun da salamlarını
İsrail Dövlətinin
rəhbərliyinə çatdırmağı
xahiş etdi.
Nazir Yoav Qallant Azərbaycanla İsrail arasındakı əlaqələrin inkişafından
məmnunluğunu bildirdi,
vaxtilə Azərbaycana
səfər etməsini
xatırladı, Quba şəhərində yəhudi
icmasının yaşaması
üçün yaradılmış
şəraitin onda böyük təəssürat
yaratdığını dedi.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2023.- 18 fevral.- S.1-2.