FHN-in Türkiyəyə göndərdiyi
yardımın həcmi
və xilasedicilərin
sayı açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına
uyğun olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən
Türkiyəyə göndərilən
xilasetmə və tibbi personal, humanitar yardımın siyahısı
açıqlanıb.
FHN-dən
AZƏRTAC-a verilən məlumata
görə, Azərbaycandan
Türkiyəyə 760 nəfər
xilasetmə və tibbi personal, 8 xilasetmə iti, 2 mobil səhra
hospitalı (7 konteynerlə),
3 xüsusi təyinatlı
xilasedici nəqliyyat vasitəsi, 2630 çadır
(müxtəlif ölçülü),
707 qızdırıcı, 540 çarpayı, 5 böyük
gücə malik
generator, 724 ədyal və
724 ədyal üzü,
8000 geyim dəsti,
20000 corab (cüt), 650
masa, 2000 oturacaq, 7000 iplik dəsmal və digər ləvazimatlar göndərilib.
Qeyd edək ki, Kahramanmaraşda
keçirilən axtarış-xilasetmə
əməliyyatları nəticəsində
dağıntılar altından
53 nəfər sağ,
741 nəfərin isə
cəsədi çıxarılıb. Kahramanmaraş rayonunda fəaliyyət göstərən mobil səhra hospitalında bu günədək 729 nəfərə yüksək
səviyyəli tibbi xidmət göstərilib.
FHN-in Kahramanmaraşdakı qüvvələrindən 110 nəfərdən
çox şəxs axtarış-xilasetmə əməliyyatlarına
dəstək məqsədilə
Hataya göndərilib.
Azərbaycan.- 2023.- 18 fevral.- S.4.