"Gömrük sistemində
islahatların davam etdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli
1853 nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Baytarlıq haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 789-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 3, maddə 496; 2019, ¹ 6, maddə 1084) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.4-cü bənddə "qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatı, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış," sözləri "sənədlər, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən" sözləri ilə əvəz edilsin;
1.2. 2.5-ci bənddə "qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatının, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın" sözləri "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildirişin, Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərin" sözləri ilə əvəz edilsin.
2. Bu Sərəncam 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 fevral 2023-cü il
Azərbaycan.- 2023.- 21 fevral.- S.3.