Heydər Əliyev
ideyaları işığında
reallaşan humanizm missiyası
Xeyirxahlığı, dar gündə insanlara, kimsəsizlərə,
təbii fəlakətdən
zərər-çəkənlərə əl tutması ilə dünyada özünə böyük
hörmət və nüfuz qazanan Heydər Əliyev Fondu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyaları əsasında
formalaşıb. Bəşəri
və müqəddəs
missiya daşıyan bu fonda
Mehriban xanım Əliyeva rəhbərlik edir.
Ulu Öndərin aylarla, illərlə ailə söhbətlərinin iştirakçısı
olaraq o böyük şəxsiyyətin xalqımızın
xoşbəxt gələcəyi
və ölkəmizin
müstəqilliyi uğrunda
nələr düşündüyünü,
nələr hiss etdiyini,
nələr planladığını
Prezidentimiz İlham Əliyev qədər Mehriban Əliyeva da bilirdi.
Mübaliğəsiz demək
olar ki, Heydər Əliyevin milli dövlətçilik
ideyalarının həyata
keçirilməsi, ölkəmizin
gələcəyi ilə
bağlı arzularının
reallığa çevrilməsi
baxımından
missiya Azərbaycan
Prezidenti İlham Əliyevin üzərinə
düşür və
bu missiya şərəfli səviyyədə
gerçəkləşir.
Mənəvi sahədə
isə bu irsi Mehriban xanım
Əliyeva Ulu Öndərin ideyaları işığında formalaşdırdığı
Heydər Əliyev Fondu tərəfindən yaşadır və inkişaf etdirir.
Heydər Əliyev
Fondunun əsrin fəlakətinə çevrilmiş
qardaş Türkiyə
Cümhuriyyətində baş
verən zəlzələdə
zərərçəkənlərə hər cür humanitar yardımlar etməsi, əvvəllər isə Pakistanda zəlzələdən
zərər çəkən
qızlar məktəbinin
yenidən inşası,
Hollandiyada, Rusiyada, Gürcüstanda, Rumıniyada,
Misirdə və digər ölkələrdə
təhsil ocaqlarının
müasirləşdirilməsinə kömək, Afrika ölkələrinin qeyri-maddi
mədəni irsinin qorunmasına yardımlar etməsi, daha sonra Parisdə Versal sarayının parkında yerləşən
abidələrin bərpası,
habelə Strasburqda Müqəddəs Məryəm
kafedral kilsəsinin yenidən qurulması görünən reallıqlardır.
Fondun təşkilatçılığı
və dəstəyi ilə Qəbələdə
ənənəvi beynəlxalq
musiqi festivallarının
təşkili, dünyanın
fərqli ölkələrində
icra edilən beynəlxalq layihə və proqramlarla, konfrans və toplantılarla bəşəriyyətə
Azərbaycan incəsənətinin
möhtəşəmliyi təlqin
edilir.
Prezident İlham Əliyev gündəmə gətirdiyi
"insan kapitalı"
ideyası ilə gələcəyin dəyərli
insanlarını yetişdirməyə
çalışır. Bu, zəmanəmizin ən qiymətli sərvətidir.
Bu xəzinənin mərkəzində ilk növbədə
təhsil dayanır. Ona görə də əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulan təhsilə qayğı, gənclərin savadlı və sağlam böyüməsi Heydər
Əliyev Fondunun prioritet istiqamətlərindəndir.
Ötən ilin əvvəllərində böyük
Azərbaycan mesenatı
Hacı Zeynalabdin Tağıyevin paytaxtın
görməli yerində
heykəlinin açılışında
iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı
demişdir: "Xeyriyyəçilik
sahəsində Cənubi
Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır
və bütün bu illər ərzində
fondun əsas məqsədi, vəzifəsi
insanlara kömək göstərmək, Azərbaycan
mədəniyyətini dünyada
təbliğ etmək,
təhsil, səhiyyə,
mədəniyyət, incəsənət,
elm sahələrinə töhfə
verməkdir".
Ümummilli Lider Heydər Əliyevin ideyalarının həyata
keçirilməsini özünün
əsas fəaliyyət
proqramı kimi qəbul edən fonda 10 may 2004-cü ildən Mehriban xanım Əliyeva rəhbərlik edir. Ötən illər ərzində Mehriban xanımın tövsiyə
və təşkilatçılığı
ilə ölkəmizdə
müxtəlif sahələrdə,
o cümlədən valideyn
himayəsindən məhrum
uşaqlara kömək,
uşaq evlərinin, internat məktəblərinin
abadlaşdırılması və maddi bazalarının
yaxşılaşdırılması da daxil edilməklə təhsil, səhiyyə, mədəniyyət
sahələrində irimiqyaslı
proqramlar həyata keçirilib.
Humanizm, mərhəmət, vətənpərvərlik
və xeyirxahlıq missiyası ilə böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun layihələri sırasında
ölkəmizdə təhsil
sisteminin inkişafı
əsas yerlərdən
birini tutur. Fondun rəhbərliyi altında
neçə illər
bundan öncə ölkəmizdə "Uşaq
evləri və internat məktəblərinin
inkişafı proqramı"nın hazırlanıb
həyata keçirilməsi
öz uğurlu bəhrəsini vermişdir.
Xatırladaq ki, respublikamızdakı
uşaq evləri və internat məktəblərindəki mövcud
problemlərin həll
olunmasına yönəldilən
bu layihə fondun təhsil sahəsindəki fəaliyyətinin
əsas istiqamətlərindən
birinə çevrilmişdir.
İlkin mərhələdə
aparılmış monitorinqdən
sonra uşaq müəssisələrində təhsil və sosial sahədə problemlərin həllinə
yönələn 4 mühüm
istiqamət: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet kimi müəyyənləşdirilmişdir.
Heydər Əliyev Fondunun layihələri sırasında
əsas istiqamətlərdən
biri də gənc nəslin maariflənməsi və yüksək yer tutmasıdır. Məhz bu məqsədlə
fond bütün imkanlarından
istifadə etməklə
məktəb tikintisinə
daha çox diqqət ayırır.
Neçə illərdir
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə həyata keçirilən "Yeniləşən
Azərbaycana yeni məktəb" proqramı
tədris prosesinin günün tələbləri
səviyyəsində qurulmasına
imkan verən yeni məktəb binalarının inşasına
istiqamətlənib. Layihə çərçivəsində
paytaxtda və regionlarda müasir standartlara cavab verən məktəb binaları inşa edilib, neçə-neçə
məktəb cari və ya əsaslı
təmir olunaraq müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüter avadanlığı ilə
təchiz olunub.
Heydər Əliyev Fondunun səhiyyə sahəsində
əks-səda doğuran
layihələrindən biri
"Diabetli uşaqlara
ən yüksək qayğı"dır. Layihə çərçivəsində
ölkəmizdə diabet
xəstəliyinə düçar
olmuş 14 yaşınadək
uşaqlar müntəzəm
olaraq lazımi miqdarda insulin preparatları
və şpris-qələmlərlə
təmin edilirlər.
"Talassemiyasız həyat naminə" layihəsi isə bu xəstəliyin geniş yayıldığı
ölkələrdən hesab
olunan Azərbaycanda yüksək qiymətləndirilir.
Heydər Əliyev
Fondu 2020-ci ilin sentyabrında başlanan və tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində
fəallıq göstərərək
qələbəyə öz
töhfəsini verdi. Həm daxili, həm
beynəlxalq arenada həqiqətləri çatdırmaq,
ölkəmizə, xalqımıza
haqq işində dəstək olmaq üçün mümkün
olan hər şeyi etdi. Fondun əməkdaşları hazırda
erməni işğalından
azad olunmuş bölgələrdə tikinti-quruculuq
işlərinə səfərbər
olublar.
Heydər Əliyev
Fondunun ötən dövrdə Azərbaycanın
görkəmli alimlərinin,
yazıçı və
bəstəkarlarının yubileylərinin keçirilməsi,
"Kitabi-Dədə Qorqud"
dastanının 1300 illiyinin
beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun
"Dünya irs siyahısı"na İçərişəhərin,
Şirvanşahlar Saray
Kompleksinin, Qobustan Qoruq Muzeyinin, Atəşgahın və digər tarixi abidələrin, habelə
mədəni irs nümunələrinin daxil
edilməsi Azərbaycan
milli mədəniyyətinin
dünya miqyasında təbliği sahəsində
də xidmətləri
diqqətəlayiqdir. Fond xalqın varlığını
özündə yaşadan
mənəvi-intellektual irsə
həssaslıqla yanaşaraq
onun dünya arenasında təbliğində
fəal iştirak edir.
Rəhman SALMANLI
Azərbaycan.- 2023.- 23 fevral.- S.4.