Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin strukturuna daxil olan regional
mədəniyyət idarələrinin yenidən təşkili
və "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri (Sumqayıt Regional Mədəniyyət İdarəsi, Xaçmaz Regional Mədəniyyət İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Şəki Regional Mədəniyyət İdarəsi, Kürdəmir Regional Mədəniyyət İdarəsi, Ağstafa Regional Mədəniyyət İdarəsi, Şəmkir Regional Mədəniyyət İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Bərdə Regional Mədəniyyət İdarəsi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdaş Regional Mədəniyyət İdarəsi, Sabirabad Regional Mədəniyyət İdarəsi, Biləsuvar Regional Mədəniyyət İdarəsi, Masallı Regional Mədəniyyət İdarəsi və Lənkəran Regional Mədəniyyət İdarəsi) əsasında, "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.3-1.14-cü bəndləri ilə müəyyən edilmiş Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq aşağıdakı regional mədəniyyət idarələri yaradılsın:
1.1. Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi;
1.2. Dağlıq Şirvan
Regional Mədəniyyət İdarəsi;
1.3. Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi;
1.4. Qarabağ Regional Mədəniyyət
İdarəsi;
1.5. Qazax-Tovuz Regional Mədəniyyət
İdarəsi;
1.6. Quba-Xaçmaz Regional Mədəniyyət
İdarəsi;
1.7. Lənkəran-Astara Regional Mədəniyyət
İdarəsi;
1.8. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;
1.9.
Mil-Muğan Regional Mədəniyyət
İdarəsi;
1.10.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi;
1.11.
Şərqi Zəngəzur
Regional Mədəniyyət İdarəsi;
1.12.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi.
2. "Azərbaycan
Respublikası Mədəniyyət
Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
29 mart tarixli 1932 nömrəli
Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 3, maddə
572; 2021, ¹ 1, maddə 79) 2-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 fevral 2023-cü il
Azərbaycan.- 2023.- 24 fevral.- S.2.