Azərbaycan sədri olduğu Qoşulmama Hərəkatı
vasitəsilə dünyada
sülhü və ədaləti təşviq
edir
Azərbaycanın Qoşulmama
Hərəkatına sədrliyi
bu təşkilatın
son dördillik tarixində böyük nailiyyətlərlə əlamətdardır.
Belə ki, bu dövrdə respublikamızın təşəbbüsləri
ilə üzv dövlətlərin maraqları
naminə təşkilatın
potensialından və
imkanlarından səmərəli
istifadə olunub, təşkilat qlobal məsələlərdə söz
sahibi kimi çıxış etməyə
başlayıb. Beləliklə,
məhz İlham Əliyevin Sədrliyi ilə Qoşulmama Hərəkatının nüfuzu
əhəmiyyətli dərəcədə
yüksəlib və bu təsisat beynəlxalq
münasibətlər sistemində
mühüm rol oynayan siyasi platformaya çevrilib.
Uğurlu xarici
siyasət, yüksək
nüfuz və qlobal etimad
Xatırladaq ki,
Azərbaycan Qoşulmama
Hərəkatına 2019-cu ildən
sədrlik edir. 2019-cu ilin oktyabr ayında
dünyanın ikinci ən böyük təşkilatına sədrliyin
Azərbaycana keçməsi
Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsi,
respublikamıza olan yüksək beynəlxalq etimadın göstəricisi
idi. Həmin vaxt Prezident İlham Əliyev bununla bağlı demişdi: "Dünyanın
ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına
sədrlik etməyə
başlamışıq. Qoşulmama
Hərəkatından daha
böyük təşkilat
Birləşmiş Millətlər
Təşkilatıdır ki,
onun da sədri
olmur. Orada Təhlükəsizlik Şurasının
sədri olur və özü də rotasiya qaydasında. Ona görə biz bu gün işlək
vəziyyətdə sədrliyi
olan ən böyük beynəlxalq təşkilata sədrlik edirik və bu sədrliyi 119 ölkənin dəstəyi
ilə əldə etmişik. Bu, nəyi göstərir? Onu göstərir ki, dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə
inanır, bizə rəğbətlə yanaşır
və bizim mövqeyimizi müdafiə
edir".
2012-2013-cü illərdə 155 dövlətin dəstəyi
ilə BMT Təhlükəsizlik
Şurasının üzvlüyündə
təmsil olunan Azərbaycan indi Qoşulmama Hərəkatına
sədrlik edir. Bu siyasi hadisə
bir daha ölkəmizin nüfuzundan
və İlham Əliyevin uğurlu xarici siyasətindən xəbər verir. Qoşulmama Hərəkatına
ən son üzv olan dövlətlərdən
olmasına baxmayaraq, Azərbaycanın regionda və dünyadakı güclü mövqeyi, qlobal problemlərin həllinə verdiyi töhfələr və digər bu kimi
amillər respublikamızın
QH-yə sədrliyinin
bütün üzv dövlətlər tərəfindən
dəstəklənməsini şərtləndirdi.
Pandemiya ilə
mübarizəyə töhfə
Sədrliyə başladıqdan
sonra Azərbaycan təşkilatın qlobal məsələlərdə iştirak
səviyyəsini artırmaq
üçün böyük
işlər görüb.
Bu istiqamətdə fəaliyyətin ilk uğurlu nəticəsi isə pandemiya ilə mübarizədə
Qoşulmama Hərəkatının
xətti ilə beynəlxalq həmrəyliyin
təmin edilməsində
özünü göstərib.
Qoşulmama Hərəkatının
Sədri kimi bu məsələdə qlobal liderliyi öz üzərinə götürən Prezident İlham Əliyevin qətiyyəti və təşəbbüsləri bu
məsələdə öz
sözünü deyib.
Hələ 2020-ci ilin
mayında Azərbaycanın
təşəbbüsü ilə Hərəkatın
COVID-19 ilə mübarizəyə
həsr edilən liderlər səviyyəsində
onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış
ilk addımlardan biri idi. Həmin
ilin dekabr ayında isə Prezident İlham Əliyevin təklifi ilə BMT Baş Assambleyasının pandemiya
ilə mübarizəyə
həsr edilən xüsusi sessiyası keçirildi. Yetmişdən
çox dövlət
və hökumət başçısının çıxış
etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində
ən qlobal tədbir oldu.
Azərbaycan
peyvənd millətçiliyinə
qarşı da qətiyyətli mübarizə
apardı.
2021-ci ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası
çərçivəsində Qoşulmama Hərəkatının
sədri qismində Azərbaycanın təşəbbüsü
ilə "COVID-19 əleyhinə
peyvəndlərə bərabər,
məqbul qiymətə,
vaxtında və universal əlçatanlığın
təmin edilməsi"
adlı qətnamə
qəbul edildi. BMT Baş Assambleyasının
76-cı sessiyası çərçivəsində
isə plenar iclasda Hərəkatın Sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü
ilə Hərəkat üzvləri adından irəli sürülmüş
"COVID-19 əleyhinə peyvəndlərə
bərabər, məqbul
qiymətə, vaxtında
və universal əlçatanlığın təmin
edilməsi" adlı
qətnamə BMT üzv
dövlətlərinin mütləq
əksəriyyətinin dəstəyi
ilə qəbul olundu.
Azərbaycan Hərəkata
sədrliklə bağlı
yeni nümunələr
yaradıb
Azərbaycanın sədrliyi
dövründə Qoşulmama
Hərəkatının institusional
fəaliyyətinin inkişafı
istiqamətində də
mühüm işlər
görülüb. Belə
ki, Hərəkatın
Parlament Şəbəkəsi
və Gənclər Təşkilatı yaradılıb.
Hazırda isə Azərbaycanın təşəbbüsü
ilə təsisatın
qadınlar platformasının
yaradılması üzərində
iş gedir.
Bir neçə
gün əvvəl Bakıda keçirilmiş
Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
"Qoşulmama Hərəkatı:
meydana çıxan çağırışlarla mübarizədə
birgə və qətiyyətli" mövzusunda
nazirlər görüşü
bir daha təsdiq edir ki, Azərbaycan bu təşkilatı üzv dövlətlərin
maraqları, qlobal problemlərin müzakirəsi
və həlli istiqamətində uğurla
səfərbər edir.
Nazirlər iclasında
QH-nin üzv dövlətləri, Hərəkat
yanında müşahidəçi
statusu almış dövlətlər və beynəlxalq təşkilatlar,
xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların
təmsilçiləri daxil
olmaqla ümumilikdə
93 ölkə, 11 beynəlxalq
təşkilatın nümayəndəsinin
iştirakı da
göstərir ki,
Azərbaycanın təşəbbüsləri
təşkilat daxilində
möhkəm dəstəklənir.
Azərbaycanın sədrliyi
ilə geniş müzakirələr və
qətiyyətli səylər
nəticəsində iclasda
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi, Yekun sənəd, Bakı Bəyannaməsi, Ev sahibi olan
ölkəyə təşəkkür,
eləcə də
2024-cü ildə Parisdə
keçiriləcək Olimpiya
Oyunlarına dair Xüsusi Bəyannamə kimi mühüm sənədlər qəbul
edilib.
Uğurlu fəaliyyətinin
və təşkilatın
ümumi işinə verdiyi töhfələrin
nəticəsidir ki, Azərbaycanın Qoşulmama
Hərəkatına sədrliyi
bir ildə uzadılıb. Bütövlükdə
isə Azərbaycan Hərəkata sədrliklə
bağlı yeni nümunələr yaradıb
və bu, təşkilatın qlobal nüfuzunu və çəkisini artırıb.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2023.-
8 iyul.- S.1;9.