Mətbuata bəyanatlar
Bayram Beqay: "Prezident Əliyev vədlərini reallığa çevirən
şəxsdir"
İyulun 7-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və Albaniya Respublikasının Prezidenti
Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
dövlətimizin başçısı
bəyanatla çıxış
etdi.
Prezident İlham
Əliyevin bəyanatı
-Hörmətli cənab
Prezident.
Hörmətli qonaqlar.
Xanımlar və
cənablar.
Cənab Prezident,
Azərbaycana xoş gəlmisiniz. Sizi rəsmi səfər çərçivəsində qəbul etmək imkanından olduqca məmnunam. Biz dəfələrlə,
həm Bakıda, həm Tiranada görüşmüşük. İndi isə yenidən Bakıda rəsmi səfər zamanı görüşürük.
Biz Albaniya Prezidentinin rəsmi səfərinə
çox böyük önəm veririk. Əminəm ki, səfər
ölkələrimiz arasında
sıx ikitərəfli
münasibətləri gücləndirəcək.
Mən, həmçinin
bu fürsətdən
istifadə edərək,
ötən il Albaniyaya
səfərim zamanı
mənə və nümayəndə heyətimə
göstərilmiş qonaqpərvərliyə
görə, cənab Prezident, Sizə təşəkkürümü bildirmək istəyirəm.
Mən, həmçinin
qeyd etmək istəyirəm ki, ötən
il Albaniyanın Baş
nazirini iki dəfə qəbul etdik və bu
ilin martında Prezident Azərbaycana işçi səfərə
gəlmişdi. Təkcə
bu səfərlər əlaqələrimizin nə
qədər sıx, dialoqumuzun nə dərəcədə fəal
olduğunu nümayiş
etdirir.
Biz dostluq və qarşılıqlı dəstəyə
əsaslanan ikitərəfli
əlaqələrimizdə çox xüsusi dinamika yaratmışıq.
Biz beynəlxalq təşkilatlarda
fəal çalışırıq,
ilk növbədə Birləşmiş
Millətlər Təşkilatında
və İslam Əməkdaşlıq
Təşkilatında bir-birimizə
dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın olmadığı
təşkilatlarda ölkəmizi
dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq.
Ötənilki Frankofoniya
Sammitində Azərbaycana
verdiyi dəstəyə
görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq
öz minnətdarlığımı
bildirdim. O vaxt Frankofoniya təşkilatının
üzv dövlətlərindən
biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu,
anti-Azərbaycan mahiyyəti
olan bənd idi.
Albaniya həmin
bəndi bloklayan ölkə oldu. Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü
və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti
sadiqliyin təzahürü
oldu. Hətta Azərbaycan özünü
müdafiə etmək
fürsətinə malik olmadığı
təşkilatlarda belə,
bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə biz çox minnətdarıq.
Bu gün biz, əlbəttə,
ölkələrimiz arasında
gələcək siyasi
münasibətləri, beynəlxalq
təşkilatlarda birgə
fəaliyyətimizi müzakirə
etdik. Eyni zamanda, birmənalı olaraq gündəliyimizdə
duran ticari, iqtisadi məsələləri,
sərmayə imkanlarını
nəzərdən keçirdik.
Mən bir daha vurğuladım ki, Azərbaycan sərmayədarları
Albaniyada istər turizm, istər kənd təsərrüfatı
və ya hər hansı digər sahədə sərmayə layihələrini
ciddi araşdırmağa
hazırdırlar. Hesab
edirəm ki, gələn
aylarda bizim bu haqda daha
çox məlumatımız
olacaq və həmçinin münasibətlərimizdə
yeni səhifə açılacaq.
Bu vaxta qədər əməkdaşlığımızın əsas meyarı enerji sektoruna aid olub. Həmin əməkdaşlıq nəinki
ölkələrimiz, o cümlədən
böyük sayda digər ölkələr,
xüsusən də Cənub Qaz Dəhlizinin hissəsi olan TAP üçün əhəmiyyətlidir. Həmin
boru kəməri Albaniyanın ərazisindən
keçir. Hazırda
o, enerji təhlükəsizliyinin
mənbəyidir, Azərbaycan
və Avropa İttifaqının qaz təchizatı sahəsində
fəal işini, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış
Enerji sahəsində Strateji Tərəfdaşlıq
sənədini nəzərə
alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında
sıx əməkdaşlıq
üçün mühüm
meyarlardır. Çünki
bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin
Cənub Qaz Dəhlizi vasitəsilə
təmin edilir. Həmin ölkələrin
sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın
təbii qaz ixracı artır. Həcmlər artır və onun coğrafiyası
genişlənir.
Bu ilin sonunadək biz Avropa İttifaqına üzv olan daha
çox sayda ölkələrin Azərbaycandan
təbii qazı alacağını gözləyirik.
Həmçinin əvvəlki
təmaslarımızda müzakirə
olunan mövzulardan biri Albaniyanın qazlaşdırılması layihəsi
idi və sınaq layihəsi seçilmişdi. Bu gün
bizə nümayəndə
heyətlərinin üzvləri
tərəfindən məlumat
verildiyi kimi, işlər cədvələ
uyğun gedir və ilin sonunadək
bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması
olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq. Bu, qazpaylayıcı
şəbəkəsini qurmaq
üçün Albaniyaya
yatırılacaq xalis
Azərbaycan investisiyası
olacaq. Həmçinin
biz infrastrukturumuzu Albaniyadan
qonşu ölkələrə
necə genişləndirəcəyimizi
də müzakirə etdik.
Bizim indi Tiranada səfirliyimizin olması məni çox sevindirir. Bu, həmçinin mənim Albaniyaya səfərim zamanı qəbul edilmiş qərar idi və Bakıya
qayıdan kimi növbəti gün qərar qəbul edilmişdir. Tiranadakı səfirliyimiz artıq öz fəaliyyətinə
başlayıb. Bu, ikitərəfli
əlaqələrimizi inkişaf
etdirmək üçün
çox güclü qarşılıqlı siyasi
iradənin mövcud olduğunu göstərir və tərəfimizdən
qəbul edilən qərarların hamısı
icra olunur.
Əminəm ki, cənab
Prezidentin bugünkü
səfərinə də
eyni məsələni
şamil etmək olar. Biz müntəzəm
görüşlərin keçirilməsi
barədə razılığa
gəldik. Hər bir görüşdə
biz hansı işlərin
görüldüyünə nəzər salacağıq
və gələcək
addımlarımızı planlaşdıracağıq.
Bir daha, cənab Prezident, xoş gəlmisiniz. Sizə Azərbaycanda yaxşı
vaxt keçirməyi arzu edirəm.
X X
X
Sonra Albaniya Prezidenti bəyanatla çıxış
etdi.
Prezident Bayram Beqayın
bəyanatı
-Təşəkkür
edirəm, hörmətli
Prezident.
Möhtərəm Prezident
Əliyev, səmimi qarşılamaya və qonaqpərvərliyinizə görə
təşəkkür edirəm.
Azərbaycanda olmaq və bir daha
dostum Prezident Əliyevlə görüşmək
məndə böyük
məmnunluq hissi doğurur. Bu il ölkələrimiz
arasında diplomatik əlaqələrin qurulmasının
30-cu ildönümü qeyd
olunur. Hesab edirəm ki, bu əlaqələrdən fərəhlənmək
üçün bizim
bir çox səbəbimiz var. Bu əlaqələr
bu gün həmişəkindən daha
yaxşı səviyyədədir.
Buna görə bu əlaqələri daha da gücləndirmək üçün
zəruri töhfə
verdiyi üçün
Prezident Əliyevə
minnətdarlığımı bildirirəm. Ötən
il Prezident Əliyev Tirananı ziyarət etdi və bu,
Azərbaycan Prezidentinin
Albaniyaya ilk səfəri
idi.
Mən məmnunam
ki, səfərin təsiri
dərhal öz əksini tapdı. Çox çəkmədi
və Azərbaycan parlamenti Tiranada səfirlik açmaq barədə qərar qəbul etdi. Eyni qaydada Albaniya
da 2023-cü ildə Bakıda
səfirliyin açılması
ilə bağlı analoji qərar qəbul etdi. Hər iki qərar
ölkələrimizi bir-birinə
daha da yaxınlaşdıracaq,
artıq mükəmməl
olan əlaqələri,
yüksək səviyyəli
siyasi dialoqu daha da gücləndirəcək,
eləcə də iqtisadi əməkdaşlığı
və digər məsələləri daha
da təşviq edəcək.
Bizim dostluğumuzun
30 illiyini qeyd etmək üçün bir çox səbəblərimiz var. Mən iki ölkənin
yaxınlaşması istiqamətində
atılmış bəzi
başqa uğurlu addımları Prezidentin diqqətinə çatdırdım.
Mayda Albaniya ilə Azərbaycanın iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə
birgə işçi
qrupunun iclası keçirildi. Bu işçi qrupu həyati əhəmiyyət
kəsb edən digər sahələrdə
də əlaqələri
daha da dərinləşdirmək
baxımından mühüm
addım hesab olunur. Bu səbəbdən,
bu işçi qrupun əsasında
2024-cü ildə Bakıda
keçiriləcək birgə
hökumətlərarası komissiyanın yaradılmasına
dair razılıq konstruktiv ruhun və iki ölkə
arasında mövcud olan anlaşmanın aydın təcəssümüdür.
Bundan əlavə, bu ilin ilk
ayında mənim təcrübələrin, ölkələrimizin
və planetin gələcəyinə dair
qabaqcıl baxışların
mübadiləsi baxımından
digər mühüm təşəbbüs olan
Qlobal Bakı Forumunda iştirak etmək imkanım oldu. Prezident Heydər Əliyevin 100 illiyində Azərbaycanın
inkişafı və gücləndirilməsinə dair
müstəsna baxışı
ölkənizə səfər
edən hər kəs tərəfindən
hiss olunur. Onun Azərbaycan üçün etdikləri
tarixin yaddaşında
əbədi yaşayacaq
və ölkənizin
gələcək inkişafına
xidmət edəcək.
Möhtərəm Prezident
Əliyev, Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə
sıx bağlıdır.
TAP artıq birləşmiş
uğur hekayəsidir.
Albaniyanın TAP-dan faydaları həm iqtisadi baxımından, həm də regional enerji çıxışı və
qovşağı kimi
strateji əhəmiyyətinin
güclənməsi baxımından
çox olub. Adriatik-İonik qaz kəməri Albaniyanın
regionda qazpaylayıcı
kimi roluna daha çox töhfə verəcək.
Mən Albaniyanın Azərbaycanla sıx əməkdaşlıq şəraitində
ölkənin qazla təchiz olunması çərçivəsində qəti addımlar atmağa hazır olduğunu Prezident Əliyevin bir daha diqqətinə çatdırdım.
Albaniyanın qaz
tranziti ölkəsi olması artıq reallıqdır. Albaniyanın
qaz qəbul edən və nəql edən ölkə olması məqsədini qarşımıza
qoymuşuq. Ölkəmiz
buna nail olmağa və əməkdaşlığı daha da dərinləşdirməyə
sadiqdir. Mən Prezident Əliyevə bildirdim ki, Albaniya
Azərbaycanın regional
enerji layihələrinin
inkişafına artmaqda
olan diqqətini alqışlayır və
bu, Qərbi Balkan ölkələrini daha da yaxınlaşdıracaq.
Eyni zamanda, bu, onların enerji təhlükəsizliyini
gücləndirəcəkdir.
Bir az əvvəl biz, həmçinin xarici siyasətimizə dair vacib məsələlərə
toxunduq. Mən Prezidentə bildirdim ki, ötən həftə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında keçirilən görüşləri
diqqətlə izləyirdim.
Albaniya Cənubi Qafqazda etibarlı tərəfdaşlar və
beynəlxalq təşkilatların
vasitəçiliyi ilə
uzunmüddətli sülhün
bərqərar olunmasını
dəstəkləyib və
dəstəkləyəcəkdir. Prezident Əliyevə dedim ki, Albaniya
hər zaman Azərbaycanın ərazi
bütövlüyünü və BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin
icrasını dəstəkləyib.
Hətta Qərbi Balkan regionunda da dialoq vacibdir
ki, biz bir-birimizə
keçmişin kini deyil, gələcəyin imkanları baxımından
yanaşaq. Mən Qərbi Balkanlarda regional sabitliyin zəruri element olması ilə bağlı əminliyimi ifadə etdim. Serbiya və Kosovo mübahisənin həlli və aralarında yeni əməkdaşlıq ruhunun
yaradılması ilə
bağlı danışıqlarında
iştirak edən tərəflərdir. Tərəflərin
öz aralarında və beynəlxalq forumlarda irəli sürdükləri arqumentlərə
hörmət dayanıqlı
sülhün bərqərar
olması üçün
istiqamətverici məqamlar
olmalıdır. Münaqişə
əvəzinə firavanlıq
– bu, ikitərəfli və regional tərəqqi üçün
kompas olmalıdır.
Bu, nə qədər tez baş versə, bizim xalqlarımız ondan bəhrələnəcək.
Biz Prezident Əliyevlə birlikdə Ukraynadakı müharibəni
müzakirə etdik. Ukraynanın bərpasına
həsr edilmiş konfransda ölkələrimizin
iştirakı Ukraynanı
dinc və inkişaf etmiş görməyimizlə bağlı
iradəmizin göstəricisidir.
Bu məqamda biz bir daha
Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi
ifadə edirik. Ağır dövrdə kömək göstərilməsi
xalqlar və dövlətlər tərəfindən
unudulmayan jestdir.
2019-cu ilin noyabrında
baş vermiş faciəvi zəlzələdən
sonra Azərbaycanın
Albaniyaya olan dəstəyi də həmin qəbildəndir.
Mən Prezident Əliyevə həmin çətin günlərdə
yanımızda olduğuna
görə bir daha təşəkkürümü
bildirdim. Əsl dost dar gündə
tanınar.
Albaniya və Azərbaycan arasında əməkdaşlıq həm
də beynəlxalq təşkilatlar çərçivəsində
özünü əks
etdirir. Mən Prezident Əliyevə əminliyimi ifadə etdim ki, əməkdaşlığın
hazırkı çox
yaxşı tempi gələcəkdə də
saxlanılacaq. Albaniyada
tezliklə Azərbaycan
mədəniyyət həftəsi
təşkil ediləcək.
Əminəm ki, bu ay Albaniyanın
şəhərlərinin dünyanın
hər yerindən gələn turistlərlə
dolu olan bir vaxtda Azərbaycan
mədəniyyət həftəsi
bayram ab-havasında keçəcəkdir. Bu isə mədəniyyətin
xalqları və ölkələri nə dərəcədə yaxınlaşdırdığının
təzahürü olacaqdır.
Turizmə gəldikdə,
ölkələrimiz bu
sahəni prioritet və iqtisadiyyatın çox vacib sektoru hesab edir.
Bu səbəbdən əməkdaşlığın inkişafı və turizm baxımından Azərbaycanın sərmayə
qoyuluşu arzuolunandır.
Viza rejiminin ləğvi xalqlarımızın
yaxınlaşdırılmasının daha bir yoludur.
Qeyd etdiyim kimi, Prezident Əliyev vədlərini reallığa çevirən
şəxsdir və
o, bu gün mənə söylədi ki, bu, tezliklə
həll ediləcəkdir.
Təşəkkür edirəm,
cənab Prezident.
Hörmətli Prezident,
əziz İlham, Sizin Tiranaya səfərinizdən sonra
ölkələrimiz qarşılıqlı
xoş niyyət və əməkdaşlıq
ruhunda vədlər və sadiqlik ifadələrini konkret fəaliyyətə çevirməyə
müvəffəq olub.
Sizin səfəriniz, mənim bugünkü səfərim və son dövrdə yüksək səviyyəli
dövlət rəsmilərimizin
həyata keçirdikləri
digər səfərlər
ölkələrimiz arasında
münasibətlərin möhkəmləndirilməsinə
müsbət təkan
verir.
Cənab Prezident,
yekunda icazə verin yüksək qonaqpərvərliyə görə
bir daha təşəkkürümü bildirim. Bakıda olmaq həqiqətən də məmnunedicidir. Sağ olun
Azərbaycan.-2023.-
8 iyul.- S.2-3.