Rəsmi
qarşılanma mərasimi
Bayram Beqay "Prezident Əliyev vədlərini reallığa çevirən
şəxsdir"
Azərbaycan Respublikasına
rəsmi səfərə
gələn Albaniya Respublikasının Prezidenti
Bayram Beqayın iyulun 7-də rəsmi qarşılanma mərasimi
olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Albaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti
Bayram Beqayı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Albaniya Prezidentinə raport verdi.
Prezident Bayram Beqay
Azərbaycan əsgərlərini
salamladı.
Azərbaycan və Albaniya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından
keçdilər.
Albaniya Respublikasının
və Azərbaycan Respublikasının Dövlət
himnləri səsləndirildi.
Azərbaycan nümayəndə
heyəti Albaniya Prezidentinə, Albaniya nümayəndə heyəti
isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları
altında Azərbaycan
Prezidenti İlham Əliyevin
və Albaniya Prezidenti Bayram Beqayın qarşısından keçdi.
Dövlət başçıları
rəsmi foto çəkdirdilər.
Azərbaycan.-2023.- 8 iyul.-
S.2.