Nizami
Gəncəvi Beynəlxalq
Mərkəzi ilə tanışlıq
Bayram Beqay "Prezident Əliyev vədlərini reallığa çevirən
şəxsdir"
Azərbaycanda rəsmi
səfərdə olan
Albaniya Prezidenti Bayram Beqay və
xanımı Armanda Beqay iyulun 7-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlara
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
haqqında məlumat verilib.
Bildirilib ki, Mərkəz Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən
dahi Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə
2012-ci ildə Gəncədə
keçirilən xüsusi
toplantıda təsis edilib. Azərbaycan Prezidentinin dəstəyi ilə fəaliyyətini genişləndirən Mərkəz
müxtəlif ölkələrin
keçmiş dövlət
və hökumət başçılarını, nüfuzlu
beynəlxalq ekspertləri
bir araya gətirib.
Diqqətə çatdırılıb
ki, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi 2013-cü ildən
etibarən paytaxtımızda
keçirilən və
dünyanın üzləşdiyi
problemlərin müzakirə
olunduğu Qlobal Bakı Forumunun əsas təşkilatçısı
kimi çıxış
edir. Mərkəzin əsas məqsədi dünyada sülhün, dinc birgəyaşayışın,
ədalətin bərqərar
olunmasına töhfə
verməkdir.
Mərkəzdə qonaqlara xatirə olaraq xalça, həmçinin cari ilin mart ayında Bayram Beqayın da iştirak etdiyi və Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100: Həyatı və İrsi” mövzusunda keçirilən konfransın materiallarının yer aldığı jurnal və albom hədiyyə edilib.
Azərbaycan.-2023.-
8 iyul.- S.4.