Albaniyanın
birinci xanımı Xalça Muzeyi ilə tanış olub
Bayram Beqay "Prezident Əliyev vədlərini reallığa çevirən
şəxsdir"
Albaniya Respublikasının
birinci xanımı Armanda Beqay iyulun
7-də Azərbaycan Milli
Xalça Muzeyi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, muzeydə
qonağa xalqımızın
qədim xalçaçılıq
sənəti, onun tarixi, adət-ənənəsi
haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin
əsas bədii istiqamətlərini əks
etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə
olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını
nümayiş etdirir.
Diqqətə çatdırılıb
ki, “qızıl fond”unu xovlu
xalçalar təşkil
edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas
xalçaçılıq məktəbinin - Bakı,
Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin
xalça nümunələri
nümayiş olunur. Xalçalar xalqın həyat və məişətini əks
etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.
Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti
sayəsində milli xalçaçılıq sənəti
2010-cu il noyabrın
16-da UNESCO-nun Qeyri-Maddi
Mədəni İrsi Siyahısına daxil edilib.
Daha sonra Albaniyanın birinci xanımı Armanda Beqay muzeydə yerləşən “Zərgərlik
fondu” ilə tanış olub. Burada Azərbaycanın müxtəlif tarixi dövrlərinə aid qızıl və gümüş eksponatlar yer alır.
Muzeylə tanışlıqdan
sonra qonağa xatirə hədiyyələri
təqdim olunub.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu Albaniyanın birinci xanımında xoş təəssürat yaradıb.
Azərbaycan.-2023.- 8 iyul.- S.4.